Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
13 yanvar
- Fizika-riyaziyyat elmləri namizədi, dosent Almas Hüseynbəyova (1934–2016) 13 yanvar 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət indiki AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır.
Şəkil: Almas Hüseynbəyova.
|
13 yanvar
- Azərbaycan SSR əməkdar jurnalisti Ənvər Mikayılzadə (1933–2009) 13 yanvar 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə fəaliyyət göstərmişdir.
Şəkil: Ənvər Mikayılzadə.
|
|
13 yanvar
- Tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri Əziz Əfəndizadə (1924–1996) 13 yanvar 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Şəkil: Əziz Əfəndizadə.
|
13 yanvar
- Texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin su təchizatı və kanalizasiya kafedrasının dosenti və su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Təbriz Süleymanov (1946–2008) 13 yanvar 2008-ci il tarixdə – 61 yaşında, Bakıda vəfat edib.
Şəkil: Təbriz Süleymanov.
|
|
13 yanvar
- Sovet gömrük general-mayoru, Azərbaycan SSR əməkdar iqtisadçısı Ənvər Zülfüqarov (1910–1995) 13 yanvar 1995-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. O, sovet dövründə uzun illər Bakı Gömrük Xidmətində işləmişdir.
Şəkil: Ənvər Zülfüqarov.
|
|
|
|
|
|
|
|
|
|
|
<<əvvəlki gün 13 yanvar sonrakı gün>>
Həmçinin, bax:
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)