Əziz Əfəndizadə
Əziz Əfəndizadə | |
---|---|
Əfəndizadə Əziz Rəcəb oğlu | |
Əziz Əfəndizadə. | |
Doğum tarixi | 13 yanvar 1924 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 25 yanvar 1996 (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | filoloq, pedaqoq |
İş yeri | Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsi (şöbənin müdiri) |
Elmi dərəcəsi | pedaqoji elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1943–1948) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura, azərbaycan dilçiliyi ixtisası (1948–1951) |
Atası | Rəcəb Əfəndizadə |
Mükafatları |
|
Əziz Əfəndizadə (1924–1996) — tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
13 yanvar 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1942-ci ildə Bakı şəhər 18 №-li orta məktəbini bitirib.
1943 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində,
1948 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1954-cü ildə akademik M.Şirəliyevin rəhbərliyi ilə “Azərbaycan dilinin orfoepiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi,
1958-ci ildə baş elmi işçi (dosent) elmi adı,
1975-ci ildə “Azərbaycan dilinin orfoqrafiyası təliminin elmi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi,
1982-ci ildə professor elmi adı alıb.
Çap olunmuş 500-dək elmi, metodiki, publisistik məqalənin, o cümlədən 50-dən çox monoqrafiya, metodik vəsait, 9 dərsliyin müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1951-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda işləyib; o cümlədən,
1951-ci ildən kiçik elmi işçi,
1954-cü ildən baş elmi işçi,
1955-ci ildən isə Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri vəzifəsində çalışıb.
İkinci iş yeri[redaktə | HTML redaktə]
1975 – 1991-ci illərdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaktoru olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Şərəf Nişanı” ordeni;
- 5 medal
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1981).
Vəfatı[redaktə | HTML redaktə]
25 yanvar 1996-cı il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əfəndizadə Əziz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 151-153. — 1.000 nüsx.
- Mete Ə. Ata yolunun şöləsində // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 185-193. — 500 nüsx.
- Əfəndizadə Əziz Rəcəb oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 220-221. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış jurnalistlər
- 1924-cü ildə doğulanlar
- 13 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 25 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar müəllimləri
- "Şərəf Nişanı" ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə