Murad Abdullayev
Murad Abdullayev | |
---|---|
Abdullayev Murad Firidun oğlu rus.: Абдуллаев Мурад Фиридун оглы | |
Murad Abdullayev. | |
Anadan olub | 14 oktyabr 1967 |
Həyat yoldaşı | Natalya Bojko |
Uşağı | Aydan Abdullayeva |
Atası | Firidun Muxtar oğlu Abdullayev |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan→ Rusiya |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, iqtisadiyyat, istehsalın təşkili ixtisası (–1990) |
Fəaliyyəti | sirkdə heyvan təlimçisi |
Mükafatları |
Murad Abdullayev — Böyük Moskva sirkinin tanınmış meymun təlimçisi və Rusiya Federasiyasının əməkdar artisti.
Haqqında məlumatlar
19 oktyabr 1967-ci il tarixdə anadan olub.
Təhsili
1990-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.
Əmək fəaliyyəti
1985-ci ildən sirkdə işləyir; o cümlədən, əvvəl Soyuzqossirkdə manej inspektoru, sonra isə Vernad prospektindəki Böyük Moskva sirkində manej inspektoru olub. Sirkin direktor müavini, qastrol departamentinin rəisi vəzifələrində də çalışıb.
Ailəsi
Murad Abdullayevin atası Firidun Abdullayev (1931–1987) 1967-ci ildən Bakı sirkinin direktoru olmuşdu. Firidun Abdullayevin atası Muxtar Abdullayev isə 1935 – 1937-ci illərdə Nuxa şəhər Soveti İcraiyyə Komitəsinin sədri olmuş, lakin 1937-ci il repressiyaları zamanı güllələnmişdir.
Murad Abdullayevin həyat yoldaşı Natalya Bojko və qızı Aydan Abdullayeva da sirkdə çalışırlar.
Təltif və mükafatları
Ədəbiyyat
- Абдулаев М. Ф. : [arx. 25 Oct 2021 - 6 Feb 2023] : [rus.] // Ruscircus.ru. — Müraciət tarixi: 27.06.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |