Almaz Məmmədova
Almaz Məmmədova | |
---|---|
Məmmədova Almaz | |
Almaz Məmmədova. | |
Doğum tarixi | 16 iyul 1949 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Uşaqları | 4 qız (Şəlalə, Yeganə, İlhamə, Kəmalə) və 2 oğlan (Razim, İsmayıl) |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili |
• Şuşa Pedaqoji Texnikumu (–1968) • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1989) |
Adının digər versiyaları | Almaz Mammadova, Almaz Memmedova, Алмаз Мамедова, Алмаз Мәммәдова |
Almaz Məmmədova — tanınmış pedaqoq, dil-ədəbiyyat müəllimi. Ədəbi-bədii yaradıcılıqla da məşğuldur və iki şeir kitabının müəllifidir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbinin 8-ci sinfini bitirib.
1964 – 1968-ci illərdə Şuşa Pedaqoji Texnikumunda,
1984 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1968 – 1993-cü illərdə Cəbrayıl rayonun Tatar kənd orta məktəbində,
1993-cü ildən sonra Şəki rayonunun Çeşməli kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
Ədəbi-bədii və publisistik fəaliyyəti[redaktə | HTML redaktə]
Gənc yaşlarından ədəbi-bədii yaradıcılıqla, publisistika ilə məşğul olub. Şeirləri dövri-mətbuatda çap edilib. Cəbrayılda çıxan “Kolxozçu” qəzetinin ştatdankənar müxbiri idi.
2006-cı ildə “Həsrət dolu ömür” adlı şeirlər kitabı,
2017-cı ildə isə “Nur çeşməsi” adlı şeirlər kitabı çap olunub.
İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]
1993 – 2004-cü illərdə Şəki Şəhər Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvü olub.
Sovet dövründə və müstəqillik illərində Azərbaycan Qadınlarının qurultaylarının iştirakçısı olub və bu qurultaylarda çıxışlar edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Almaz Məmmədova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 515-518. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- 16 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr