Mübariz İmanzadə
Mübariz İmanzadə | |
---|---|
İmanzadə Mübariz Şakir oğlu | |
Mübariz İmanzadə. | |
Anadan olub | 21 avqust 1943 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Atası | Şakir İmanzadə |
Anası | Səidə İmanzadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1960–) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fəlsəfə kafedrası, aspirantura (1972–) |
Mükafatları | |
facebook səhifəsi |
Mübariz İmanzadə — tanınmış diplomat, tərcüməçi və birinci dərəcəli diplomatik müşavir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
21 avqust 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1950 – 1960-cı illərdə Bakı şəhər 6 №-li orta məktəbində təhsil alıb.
1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunub.
1963-cü ildə Moskvada hərbi tərcüməçilər hazırlayan altıaylıq kursu bitirib.
1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasının aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1969 – 1970-ci illərdə, il yarım Azərbaycan radiosunun ərəb şöbəsində redaktor,
1975 – 1977-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda tədris hissə müdiri,
1977 – 1981-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında SSRİ səfirliyinin tərcüməçisi,
1981 – 1983-cü illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində informasiya şöbəsinin müdiri,
1983 – 1991-ci illərdə SSRİ-nin Suriyadakı səfirliyində baş tərcüməçi,
1992 – 2001-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetində, Xəzər Universitetində, Ali İctimai-Siyasi Kollecdə və s. təhsil müəssisələrində hərbi və ərəb dili kafedralarında müəllim,
2001 – 2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 1-ci katib,
2002-ci ilin sentyabrından 2006-cı ilin 15 dekabr tarixinədək Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində səfirliyinin I katibi, müşavir və müvəqqəti işlər vəkili,
2009-cu ilin aprelindən 2013-cü ilin 30 aprel tarixinədək Azərbaycan Respublikasının Tunisdəki müvəqqəti işlər vəkili,
2013-cü ildən sonra bir müddət Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi II Ərazi İdarəsinin Yaxın Şərq və Afrika şöbəsinin müşaviri, daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Yaxın Şərq və Afrika İdarəsinin müşaviri vəzifəsində çalışıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı (2011);
- Birinci dərəcəli müşavir – diplomatik rütbə (2014).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Ağayev X. Nura boyanmış ömür. Bakı: 2012.
- Саида Иманзаде : Биография : [arx. 27.08.2022] : [rus.] // [Peoples.ru https://www.peoples.ru/]. — 2021. — 7 сентября. — Müraciət tarixi: 27.08.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış diplomatlar
- Şəkidən çıxmış pedaqoqlar
- 21 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1943-cü ildə doğulanlar
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə