Nurpaşa Hümmətov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (Yeni səhifə yaradıldı) tərəfindən edilmiş 15:45, 13 dekabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Nurpaşa Hümmətov
Hümmətov Nurpaşa Ömər oğlu
Nurpaşa Hümmətov
Nurpaşa Hümmətov.
Doğum tarixi 12 may 1923(1923-05-12)
Doğum yeri Oxud, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfatı 1989(1989-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (66 yaşında)
Dəfn yeri Oxud, Şəki rayonu
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (1938–1941)

 • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1954)
Mükafatları Azərbaycan SSR qabaqcıl maarif xadimli

Nurpaşa Hümmətov (1923–1989) — tanınmış pedaqoq, pedaqogika elmləri namizədi, yazıçı. Uzun müddət Oxud kənd orta məktəbində müəllim və direktor vəzifəsində çalışıb.

Haqqında məlumatlar

12 may 1925-ci il tarixdə Şəki qəzasının Oxud kəndində anadan olub.

Təhsili

1931 – 1938-ci illərdə Oxud kənd məktəbində,

1938 – 1941-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,

1948 – 1954-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.

Hərbi xidmətdə

1941-ci ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsi iştirakçısıdır.

1943-cü ildə döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunub.

Elmi fəaliyyəti

1971-ci ildə professor Bəşir Əhmədovun elmi rəhbərliyi ilə “V – VII siniflərdə azərbaycan dili dərslərində şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” mövzusunda dissertasiya müdafiə edib.

Əmək fəaliyyəti

1943 – 1945-ci illərdə Baltalı kənd məktəbində müəllim,

1946 – 1947-ci illərdə Nuxa şəhər 1 saylı uşaq evində pioner baş dəstə rəhbəri və tərbiyəçi,

1948 – 1989-cu illərdə Oxud kənd orta məktəbində əvvəl ibtidai sinif müəllimi, sonra dil-ədəbiyyat müəllimi,

1969 – 1985-ci illərdə isə direktor vəzifəsində çalışıb.

İkinci iş yerləri

1980-cı illərdə Şəki şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda müəllim,

1988 – 1989-cu illərdə Azərbaycan SSR EA Şəki Zona Elmi Mərkəzində Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.

Ədəbi yaradıcılığı

Ədəbi yaradıcılığa erkən yaşlarında başlayıb.

1950 –1980-ci illərdə Şəki ədəbi mühitinin tanınmış qələm sahiblərindən biri olub. Öz dövründə dövrü-mətbuatda çoxlu sayda şeir, oçerk və publisist məqalələri çap olunub. 250 şer, 150 məqalə, bir çox oçerk və monoqrafiyanın və “Tanrıdan diləyim” adlı kitabın müəllifidir.

Təltif və mükafatları

  • “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı;

Vəfatı

1989-cu ildə – 66 yaşında vəfat edib. Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Hümmətov Nurpaşa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 254-255. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Hümmətov Nurpaşa Ömər oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 184. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Maisqızı M. 3.5.2.3. Nurpaşa müəllimin məktəbi — Oxut kənd tam orta məktəbi. III FƏSİL. ŞƏKİNİN TƏHSİLİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı:  542. — Səh.: 258.
  4. Orsər R. Nurpaşa Hümmətov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 260-264. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.