Baxşəli Axundov
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il. | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 | (86 yaşında)
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Atası | Molla Kazım |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (1898–1985) — Şəkidə öz dövründə çox böyük hörmət qazanmış ziyalılardan biri. Şəkidəki birinci ibtidai musiqi məktəbinin, Şəki Musiqi Texnikumunun, Şəki Dövlət Diyarşünaslıq Muzeyininin təşkil edilməsində müstəsna xidmətləri olub. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılırdı[1].
Haqqında məlumatlar
1898-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
İlk təhsilini Nuxada, atasının direktor olduğu yeni tipli məktəbdə alıb. Daha sonra Paris Universitetinin tibb fakültəsində oxuyub. Lakin ailə vəziyyəti ilə bağlı təhsilini yarımçıq buraxmağa məcbur olub.
Əmək fəaliyyəti
Bir müddət İranda müəllimlik edib, sonra Nuxaya qayıdıb.
1919-cu ildə Nuxa və Ərəş qəzaları maarif müfəttişliyinin katibi,
1920-ci ilin aprel ayından sonra əvvəl qəza nahiyəsində maarıf şöbəsinin müdiri, sonra qıza maarif şöbəsinin inspektoru, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələrdə işləyib.
1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri,
1959 – 1963-cü illərdə Nuxa Musiqi Texnikumunun direktoru,
1963-cü ildən isə Nuxa ölkəşünaslıq muzeyinin müdiri olub.
1978-ci ildə təqaüdçü idi.
Teatr fəaliyyəti
1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil edib. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:
Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[2]. |
Jurnalistlik fəaliyyəti
Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[3] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.
Həbsi
1937-ci ildə repressiyaya məruz qalıb və 1947-ci ilə kimi Sibirdə həbsdə olub. 1956-cı ildə bəraət alıb[4].
Vəfatı
1985-ci ildə – 86 yaşında, Şəkidə vəfat edib.
Xatirəsi
Şəki şəhərində Baxşəli Axundovun adını daşıyan folklor evi fəaliyyət göstərir.
İstinadlar
- ↑ ŞGS, 2018, s. 182.
- ↑ Təranə Məhərrəmova, 2017.
- ↑ Məmmədli Q., 1977, s. 21, 24, 25, 34.
- ↑ OTÖ, 2006, s. 111.
Ədəbiyyat
- Axundov B. Nuxa maarifinin inkişafı // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa, 1967. — В. 27 aprel. — № 50 (7.081). — Səh. 3 – 4.
- Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
- Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 111-112. — 500 nüsx.
- Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
- Rəhimli İ. Baxşəli Kazım oğlu Axundov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 9. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 1898-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1985-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəki teatrı” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr