Əşrəf Məmmədov
Əşrəf Məmmədov | |
---|---|
Məmmədov Əşrəf İsrafil oğlu | |
Əşrəf Məmmədov, 2015. | |
Anadan olub | 20 noyabr 1949 |
Anadan olduğu yer | Vərəzət, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, kiçik zootexnik ixtisası • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, alim-zootexnik ixtisası, qiyabi |
Mükafatları | |
Adının digər versiyaları | Aşraf Mammadov, Eşref Memmedov, Aşref Mammadov, Eşraf Mammadov, Eşref Mammadov, Aşref Memmedov, Eşraf Memmedov, Ашраф Мамедов, Эшреф Мамедов, Эшраф Мамедов, Әшрәф Мәммәдов |
Əşrəf Məmmədov — kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis və rəhbər kadr, Azərbaycan SSR əməkdar zootexniki. Müxtəlif illərdə Şəki şəhər icra hakimiyyətinin və Sabirabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində və digər məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
20 noyabr 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Vərəzət kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Vərəzət kənd orta məktəbini, Zaqatala Kənd Təsərrüfatı Texnikumunu və S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1970-ci ilədək “Şəfəq” kolxozunun briqadirliyindən “Azərdamazlıq” İstehsalat-Elm Birliyinin baş direktoru vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.
1970 – 1975-ci illərdə Şəki rayon Aqrar-Sənaye Birliyinə rəhbərlik edib.
1980 – 1986-cı illərdə Şəki rayon Xalq Deputatları Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
1986-cı ildən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin baş heyvandarlıq məhsulları istehsalı və emalı idarəsi rəisinin müavini,
1988-ci ildən Azərbaycan İstehsalat-Elm Damazlıq Heyvandarlıq Birliyinin baş direktoru,
1998 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,
2004 – 2005-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı olub.
2016-cı ildən “Şami keçi ferması” MMC-nin rəhbəridir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
İctimai-siyasi fəaliyyəti[redaktə | HTML redaktə]
1975-ci ildən Sov.İKP üzvü olub.
1990-cı ildə 327 nömrəli Baş Zəyzid seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin xalq deputatı seçilib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Əşrəf İsrafil oğlu Məmmədov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959–1960). — Səh. 2.
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Əşrəf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 369-370. — 1.000 nüsx.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
- Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
- Şəki (Nuxa) rayon və şəhər Sovetlərinin sədr, sədr müavini və katiblərinin siyahısı
- Şəki şəhər icra hakimiyyətinin başçıları
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |