Akif Mahmudov
Akif Mahmudov | |
---|---|
Mahmudov Akif Məmməd oğlu | |
Akif Mahmudov. | |
Anadan olub | 18 dekabr 1952 |
Anadan olduğu yer | Aşağı Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 1 dekabr 2021 (68 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Dəfn yeri | Dovşan düzü qəbiristanlığı, Şəki |
Həyat yoldaşı | Mahmudova Mətanət Mustafa qızı |
Uşaqları | Vüsalə, Nuranə, Aynurə və Vasif |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Şəki Pedaqoji Məktəbi (1969–1971; 1973–1974) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, qiyabi (1975–1980) |
Akif Mahmudov (1952–2021) — tanınmış pedaqoq, azərbaycan dili və ədəbiyyatı müəllimi. Uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində dərs demişdir. Ədəbi-bədii yaradıcılıqla da məşğul olub.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
18 dekabr 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Şabalıd kəndində pedaqoq ailəsində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1959 – 1967-ci illərdə Aşağı Şabalıd kənd səkkizillik məktəbində,
1967 – 1969-cu illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,
1969 – 1970 və 1973 – 1974-cü illərdə Şəki Pedaqoji Məktəbində,
1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Hərbi xidmət[redaktə | HTML redaktə]
1970 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2015-ci ildə əmək təqaüdünə çıxanadək Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.
Ədəbi-bədii yaradıcılığı[redaktə | HTML redaktə]
2001-ci ildən şeirlərini dövri-mətbuatda çap etdirməyə başlayıb.
2009-cu ildə “Sevməmək olmaz” adlı şeir kitabını çap etdirib.
Vəfatı[redaktə | HTML redaktə]
1 dekabr 2021-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Dovşan düzü qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Akif Mahmudov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 555-558. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- 1952-ci ildə doğulanlar
- 18 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr