Mirqasım Ocaqov
Mirqasım Ocaqov | |
---|---|
Ocaqov Mirqasım Ağababa oğlu | |
Mirqasım Ocaqov. | |
Anadan olub | 15 sentyabr 1898 |
Anadan olduğu yer | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 7 dekabr 1964 (66 yaşında) |
Vəfat etdiyi yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | qısa sürən xəstəlik |
Dəfn yeri | Məhəmməd əfəndi qəbiristanlığı, Nuxa (indiki Şəki) |
Həyat yoldaşı | Samiyə Ocaqova |
Uşağı | Rasim Ocaqov |
Vətəndaşlıq | SSRİ |
Təhsili | Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi (–1926) |
Mükafatları |
|
Mirqasım Ocaqov (1898–1964) — Azərbaycan SSR əməkdar həkimi, Nuxa vərəm sanatoriyasının baş həkimi. Görkəmli kinorejissor Rasim Ocaqovun atasıdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 sentyabr 1898-ci il tarixdə Lənkəranda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1920-ci ildə Lənkəran gimnaziyasını,
1926-cı ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1920-ci ildə gimnaziyanı bitirdikdən sonra bir müddət Masallıda ibtidai məktəbdə dərs deyib.
1926-cı ildə bir müddət Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində işləyib. Sonra Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı əvvəlcə onu ağ ciyər xəstəlikləri sahəsində ixtisaşması üçün Yaltadakı vərəm institutuna altıaylıq ezamiyyətə,
1927-ci ildə sə Nuxaya işləməyə göndərib.
1929-cu ildə yeni istifadəyə verilən Nuxa vərəm dispanserinə baş həkim təyin olunub[1]. Eyni zamanda bir müddət həm də Nuxa şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində də çalışıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Şərəf Nişanı” ordeni (2 dəfə);
- “Səhiyyə əlaçısı” döş nişanı;
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı.
İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]
1943-cü ildən Kommunist partiyasının üzvü idi.
1948, 1951, 1957, 1959 və 1961-ci illərdə Nuxa şəhər Sovetinin deputatı seçilib.
Vəfatı[redaktə | HTML redaktə]
7 dekabr 1964-cü il tarixdə – 66 yaşında, qısa sürən xəstəlikdən sonra Nuxada (indiki Şəki) vəfat edib. Nuxada Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
8 dekabr 1964-cü il tarixdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində vəfatı münasibəti ilə yoldaşlarından bir qrupu adından nekroloq, həmçinin Nuxa şəhər partiya komitəsi və Nuxa şəhər Sovetinin icraiyyə komitəsi adından başsağlığı dərc edilib.
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Оджагов Миркасум Агабаба : [arx. 09.12.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 10.12.2022.
- M.A.OCAQOV = М.А.ОҸАГОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 8 dekabr. — № 144 (441). — Səh. 4.
- Mete Ə. Kino ustası // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 498. — 500 nüsx.
- Abbasov İ. Mirzə Abcabbarın sərgüzəştləri : [arx. 09.12.2022] // [Ədalət https://www.adalet.az/]. — Müraciət tarixi: 09.12.2022.
- Əsədov Q. Şəki səhiyyəsi sovet hakimiyyəti dövründə // Şəki və onun təbabət tarixi. — Bakı: Qanun, 2016. — 500 nüsx. — ISBN 978-9952-36-282-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 dekabr 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- 1898-ci ildə doğulanlar
- 15 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 7 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1964-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- Səhiyyə əlaçıları (SSRİ)
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr