Nurəddin Cəfərov
Nurəddin Cəfərov — azərbaycanlı alim, texnika elmləri doktoru.
Nurəddin Cəfərov | |
---|---|
Cəfərov Nurəddin Cəmaləddin oglu | |
Nurəddin Cəfərov | |
Doğum tarixi | 6 oktyabr 1933 |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Nuxa |
Vəfat tarixi | 15 iyul 2007 (73 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Pedoqoji İnstitutu |
Haqqında məlumatlar
6 oktyabr 1933-cü il tarixdə Nuxada anadan olub.
1953-cü ildə Nuxa Pedoqoji Məktəbini, 1959-cu ildə isə Azərbaycan Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Sumqayıt şəhərində müəllimlik edib.
1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub. 1960 – 2003-cü illərdə həmin İnstitutun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri vəzifəsində işləyib.
1965-ci ildə Neftdaşıma Konturlarını Yerdəyişməsinin və Quyuların Vatareyalarının Sulaşması Prosesinin Hidrodinamik Tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1992-ci ildə AEA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda Doktorluq dissertasiyası müdafiə edib.
SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.
1980-cı ildə “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası dərc olunub.
130-dan artıq elmi məqalənin müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.
Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.
15 iyul 2007-ci il tarixdə vəfat edib.
Mükafatları
- 1985-ci ildə bir qrup alimlərlə birlikdə “Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi” mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb.
- 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Cəfərov Nurəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 94 – 96. — 1.000 nüsx.
- CƏFƏROV NURƏDDİN CƏMALƏDDİN OĞLU // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — ISBN 978-9952-441-10-9.