Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939-cu ildə; Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 15 aprel 2010-ci ildə; Bakı, Azərbaycan Respublikası) – şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Rövzət Dəmirçizadə | |
---|---|
Dəmirçizadə Rövzət Əzəl oğlu | |
Rövzət Dəmirçizadə | |
Rövzət Dəmirçizadə. | |
Doğum tarixi | 3 yanvar 1939 |
Doğum yeri | Nuxa, , Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfatı | 15 aprel 2010 (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Əbdüləzəl Dəmirçizadə |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi |
Fəaliyyəti | şair |
Haqqında məlumatlar
3 yanvar 1939-cu il tarixdə Nuxada anadan olub. Məşhur dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdür. 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində ömürlük şikəst olmuş və bundan sonra ancaq əlil arabası ilə hərəkət etmişdi.
Təhsili
Nuxa şəhər 2 №-li orta məktəbini bitirib.
1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, lakin 2 il sonra səhhəti ilə bağlı olaraq təhsilini yarımçıq buraxıb.
Sonralar V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.
Yaradıcılığı
İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub.
Şəkidə nəşr olunan “Şəki fəhləsi”, “İpəkçi” və “Şəkinin səsi” qəzetlərində müxtəlif vaxtlarda onlarla şeiri dərc edilib.
Kitabları
- Qatarda (1968);
- Tut ağacım (1971);
- Səhər duyğuları (1974);
- Səslər (1978);
- Çörək ətri (1981);
- Ürəyimdə yaşayanlar (1986);
- Arzu gülü (1990);
- Dünyaya və özümə bir baxış (2008).
Vəfatı
15 aprel 2010-cu il tarixdə Bakıda vəfat edib.
İstinadlar
Ədəbiyyat
- Orsər R. Rövzət // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 414 – 417. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Şair Rövzət vəfat etdi // İpəkçi : qəzet. — 2010. — В. 28 aprel. — № 5 (2269). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 2 yanvar 2021.