Hacı İsmayıl Əhmədov
Hacı İsmayıl (1907–1986) — görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti).
Hacı İsmayıl Əhmədov | |||||
---|---|---|---|---|---|
Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu | |||||
Fayl:Haci Ismayil3.jpg | |||||
Hacı İsmayıl Əhmədov. | |||||
|
|||||
Doğum tarixi | 1907 | ||||
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası | ||||
Vəfat tarixi | 1986 | ||||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||||
Uşağı | Əhməd-Cabir Əhmədov Niyazi Əhmədov | ||||
Təhsili | Nuxa mədrəsəsi, 1923–1930 | ||||
Təltifləri |
Haqqında məlumatlar
1907-ci ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1915 − 1930-cu illərdə Nuxada əvvəl ibtidai məktəbdə (1818-ci ilədək), sonra orta məktəbdə, daha sonra mədrəsədə (1923 − 1930) təhsil alıb.
Böyük Vətən müharibəsində
23 iyun 1941-ci il tarixdə Nuxa Hərbi komissarlığından orduya çağırılıb. Orduda sanitar-daşıyıcı olub və 2000 nəfərdan artıq yaralını döyüş meydanından çıxarıb. Bundan başqa, həm də bərbər kimi fəaliyyət göstərib. “Stalinqradın müdafiəsinə görə” medalı ilə və “Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunub.
İş yerləri
1945 – 1967-ci illərdə Nuxa şəhər məişət xidməti kombinatında bərbər işləyib.
1967 – 1969-cu Bakıdakı Əjdərbəy məscidində (Göy məscid) mollalıq edib.
1969 – 1986-ci illərdə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) vəzifəsində çalışıb.
Digər
1936-cı ildə ailə həyatı qurub.
1941 – 1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif olunub.
1970 və 1973-cü illərdə Həcc ziyarətində olub.
Bir sıra xarici ölkələrə getmiş, bir çox ali müsəlman məclislərində və sülh konfranslarında iştirak etmişdir.
1932-ci ildə yazmış olduğu “Ramazan” adlı bir qəsidəsi ölümündən sonra çap olunub.
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, 1977-ci il, xalqlar arasında dostluq və sülhün bərqərar olmasında fəal iştirakına görə və anadan olmasının 70 illiyi münasibətilə ilə.
- SSRİ Müharibə Veteranları Komitəsinin və SSRİ Sülhün Qorunması Komitəsinin Fəxri fərmanları, 1977-ci il
- “İgidliyə görə” medalı (SSRİ).
- “Döyüş xidmətlərinə görə” medalı (03.07.1945).
- “Əmək igidliyinə görə” medalı.
- “Əməkdə fərqlənməyə görə” medalı.
- “Stalinqradın müdafiəsinə görə” medalı.
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı
- II dərəcəli “Vətən Müharibəsi” ordeni.
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı.
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı.
- “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı.
Ədəbiyyat
- Ахмедов Исмаил Гаджикадар-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
- Ахмедов Исмаил Гаджи Кадыр-оглы : Документы о награждении : [arx. 01.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 01.09.2021.
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Hacı İsmayıl Hacı Qədir oğlu // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 187-189. — 1.000 nüsx.
- Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu. “Körpü” qəzeti. Yanvar 1992-ci il, № 1(10). səh. 2.
- Elbrus Şahmar. Hacı İsmayıl Hacı Qədir oğlu. “Şəhriyar” qəzeti. 08.04.93. Səh.7.
- Elbrus Şahmar. “Məhəbbət Allahın əmanətidir” kitabında “Hacı İsmayıl Hacı Qədir oğlu Bakı, 1995, səh.35-38.
- “Hacı İsmayıl Hacı Qədir oğlu”. “Azersun” aylıq informasiya bülleteni. Oktyabr, 2004, sayı 17, səh. 8.
- “Hacı İsmayıl Hacı Qədir oğlu”. Müəllif Əhməd-Cabir Əhmədov. Azərbaycan Jurnalistlər Birliyinin üzvi. “Gələrsən-Görərsən” ictimai-siyasi, elmi-kütləvi publisistik jurnal. № 4. Səh. 40-42.
- Əhmədov Ə.İ. “Hacı İsmayıl 100”. (Hacı İsmayıl Hacı Qədir oğlunun anadan olmasının 100 illiyi münasibətilə). Bakı: “Azərnəşr”. 2007. 176 səh.
Qeyd: Sonuncu kitabda Hacı İsmayıl Hacı Qədir oğlu haqqında xarici ölkə jurnallarında nəşr olunan bir çox yazıların mətni və şəkilləri verilmişdir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |