Şahid İsmayılov
Şahid İsmayılov — pedaqoq, ictimai-siyasi fəal, Şəki Dövlət Regional Kollecinin təcrübə rəhbəri.
Şahid İsmayılov | |
---|---|
İsmayılov Şahid Nəzir oğlu | |
Şahid İsmayılov | |
Şahid İsmayılov. | |
Anadan olub | 8 yanvar 1959 |
Anadan olduğu yer | Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
• Şəki Pedaqoji Texnikumu (1974–1978) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, ümumi texniki fənlər fakültəsi (1978–1982) |
Haqqında məlumatlar
8 yanvar 1959-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili
1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirib.
1974 – 1978-ci illərdə Şəki Pedaqoji Texnikumunda,
1978 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ümumi texniki fənlər fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1982-ci ildən Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.
2016-cı ildən pedaqoji fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirir.
İctimai-siyasi fəaliyyəti
1996-cı ildən YAP-ın üzvüdür. Həmin ildən onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi ilk Təşkilatı yaradılmışdır.
YAP Şəki Təşkilatı Şurasının üzvüdür.
2019-cu il bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdür, lakin seçilməyib.
Digər
1983 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub
Ailəlidir, üç övladı var.
Ədəbiyyat
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |