Nuxa Dövlət Müəllimlər İnstitutu

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:05, 15 yanvar 2023 tarixli redaktə

Nuxa Dövlət Müəllimlər İnstitutu — 1940–1953-cü illərdə Nuxada (indiki Şəki) fəaliyyət göstərmiş ali təhsil müəssisəsi.

Nuxa Dövlət Müəllimlər İnstitutu
Nuxa Dövlət Müəllimlər İnstitutu (“Nuxa fəhləsi” qəzeti), 1 yanvar, 1941-ci il)
Qeyri-rəsmi adı Nuxa İkiillik Müəllimlər İnstitutu
Əsası qoyulub 1940
Bağlanıb 1953
Direktor Rəsul Rəsullu
Şəhər Nuxa
Nuxa Dövlət Müəllimlər İnstitutunun direktoru Rəsul Rəsullu (1947).

Dörd ixtisas üzrə müəllim kadrları hazırlayırdı.

Direktoru Rəsul Rəsullu idi. 1942-cı ilin aprel ayınadık tədris hissəsi müdiri Əhməd Rəhimli olmuşdu.

İnstitut fəaliyyət göstərdiyi 13 il ərzində institututu 1100-dən çox tələbə bitirmişdi.

1953-cü ildə institut Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun filialına çevrildi.

Nuxa dövlət müəllimlər institutu, təbiyyət və coğrafiya şöbəsi, 1951-ci buraxılış.

Ədəbiyyat

Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 115. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.