Şablon:Bilirsinizmi?
- 3 yanvar 2023-cü il tarixdə Salxab Məmmədov 80 illik yubileyi münasibəti ilə və Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
- 2 yanvar 2023-cü-cü il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
- 28 dekabr 2022-ci il tarixdə Habil Xəlilov Şəki Xan məscidinin imam müavini təyin olunub. O, ərəbdilli epiqrafik abidələrin oxunması işi üzrə tanınmış mütəxəssisdir və AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşıdır. Yeni təyinatına qədər isə həm də Şəkidəki Omər əfəndi məscidinin imam müavini idi.
- 28 dekabr 2022-ci il tarixdə pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi Əsabəli Quliyev 83 yaşında Bakıda vəfat edib. Sabahı gün Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.
- 22 dekabr 2022-ci il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə 2022-ci il məzunu və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 9-cu sinif şagirdi Abid Çələbi mədəniyyət və incəsənət sahəsində uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qalib ölkənin qalibləri 2022” diplomu ilə təltif olunub.
- 15 – 21 dekabr 2022-ci il tarixləri arasında “Təhsil” RİM-in Bakıda keçirdiyi 16 yaşlı məktəblilərin şahmat üzrə respublika birinciliyində Şəki Uşaq Gənclər Şahmat Məktəbinin müdavimi və Şəki şəhər 5 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi FİDE ustası Süleyman Süleymanlı birinci yeri tutub.
- 12 dekabr 2022-ci il tarixdə filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri Vilayət Əliyev 84 yaşında Bakıda vəfat edib.
- 2 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılmış bərpa işləri ilə tanış olublar.
- 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
- 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |