Nazim Rəsulov
Nazim Rəsulov — tanınmış keçmiş hərbçi, Qarabağ qazisi və polis işçisi. Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovla (1952–1990) çiyin-çiyinə vuruşmuş, onun şəhid olmasından sonra meyitini qorumuş və düşmənin əlinə keçməsinə imkan verməmişdir.
Nazim Rəsulov | |
---|---|
Rəsulov Nazim Rəsul oğlu | |
Nazim Rəsulov | |
Nazim Rəsulov. | |
Doğum tarixi | 28 iyul 1968 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• C.Naxçıvanski adına hərbi məktəb (1982–1985) • Şəki Texnologiya Texnikumunu, gömrükxana işi və hüquq şöbəsi (1998–2001) |
Hərbi fəaliyyəti | |
Döyüşlər | Qarabağ döyüşləri (1990–1994) |
facebook səhifəsi |
Haqqında məlumatlar
28 iyul 1968-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1975 – 1982-ci illərdə Şəki şəhər 19 №-li orta məktəbində,
1982 – 1985-ci illərdə C.Naxçıvanski adına hərbi məktəbdə,
1998 – 2001-ci illərdə Şəki Texnologiya Texnikumunun gömrükxana işi və hüquq şöbəsində təhsil alıb.
Hərbi xidmətdə
1986 – 1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1990 – 1994-cü illərdə Qarabağ döyüşlərində iştirak edib.
Əmək fəaliyyəti
1989-cu ilin mart ayından Azərbaycan SSR DİN Şəki şəhər Milis Şöbəsində milis nəfəri,
1990 – 2002-ci il tarixlərində Şəki şəhər rayon milis/polis şöbəsinin Müvəqqəti /Saxlama Təcridxanasının rəisi,
2002 – 2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal Qərb Bölgəsi üzrə regional şöbəsinin dəftərxana rəisi vəzifəsində çalışıb.
2016-cı ildə öz xahişi ilə DİN-dən təqaüdə çıxıb.
Digər
Sərbəst güləş üzrə idman ustalığına namizəddir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |