Hüseyn Rəşidov
Hüseyn Rəşidov (1949–2010) — tikinti, mənzil-istismar sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr, Şəki şəhər icra hakimiyyəti başçısının sabiq 1-ci müavini.
Hüseyn Rəşidov | |
---|---|
Rəşidov Hüseyn Yusif oğlu | |
Hüseyn Rəşidov. | |
Anadan olub | 26 oktyabr 1949 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 13 aprel 2010 (60 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan |
Vəfat səbəbi | infarkt |
Dəfn yeri | Xoçik qəbiristanlığı, Şəki, Azərbaycan |
Həyat yoldaşı | İradə Rəşidova |
Uşağı | Nazilə Rəşidova |
Atası | Yusif Rəşidov |
Anası | Nəzirə Məmmədova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaatçı-mühəndis fakültəsi, qiyabi şöbə (1969–1972; 1976–1979) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
26 oktyabr 1949-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Əvvəl Nuxa şəhər 3 №-li orta məktəbində, sonra isə Nuxa şəhər 10 №-li orta məktəbində,
1969 – 1972 və 1976 – 1979-cu illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaatçı-mühəndis fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1972-ci ildə həqiqi hərbi xidmətə gedib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Tikinti, mənzil-istismar sahəsi üzrə Bakıda və Şəkidə ayrı-ayrı vaxtlarda müxtəlif təşkilatlarda və müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildə Şəki şəhər mənzil təsərrüfatı müəssisəsinin rəisi idi.
1993-cü ildə Şəki şəhər icra hakimiyyəti başçısının 1-ci müavini olub.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1990-cı ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat seçilib.
Vəfatı Vizual/Mobil redaktə
13 aprel 2010-cu il tarixdə – 60 yaşında, Şəki Mərkəzi Rayon Xəstəxanasında infarktdan vəfat edib. Xoçik qəbiristanlığında dəfn olunub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |