İzzət Əfəndiyeva
İzzət Əfəndiyeva — fizika üzrə elmlər doktoru, dosent, Bakı Dövlət Universiteti fizika fakültəsinin fiziki elektronika kafedrasının professoru və Bakı Dövlət Universiteti Fizika Problemləri İnstitutunun əməkdaşı.
İzzət Əfəndiyeva | |
---|---|
Əfəndiyeva İzzət Məmməd qızı | |
İzzət Əfəndiyeva. | |
Doğum tarixi | 10 sentyabr 1950 |
Doğum yeri | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ → Azərbaycan |
Elmi dərəcəsi | fizika üzrə elmlər doktoru |
Elmi adı | dosent |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, fizika fakültəsi, rus bölməsi (1967–1972) |
Atası | Məmməd Əfəndiyev |
Anası | Nailə Babayeva |
Mükafatları | |
Adının digər versiyaları | Izzet Efendiyeva, Izzat Afandiyeva, Иззәт Әфәндијева, Иззет Эфендиева, Иззат Афандиева |
Haqqında məlumatlarRedaktə
10 sentyabr 1950-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.
TəhsiliRedaktə
1967-ci ildə Kirovabad şəhər 1 №-li orta məktəbini bitirib.
1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində (rus bölməsində) təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1972 – 1974-cü illərdə Kirovabad şəhər 17 №-li dəmiryolu məktəbində fizika müəllimi,
1974 – 1977-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun Xüsusi konstruktor bürosunda mühəndis işləyib.
1977-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (daha sonrakı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, yaxud Bakı Dövlət Universiteti) müxtəlif vəzifələrdə çalışıb; o cümlədən,
1977 – 1989-cu illərdə yarımkeçiricilər fizikası elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi,
1989 – 1997-ci illərdə elmi-tədqiqat hissəsində nəşriyyat və sərgi işləri üzrə qrup rəhbəri, 1-ci prorektorun müavini,
1997 – 2018-ci illərdə böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi,
2012 – 2018-ci illərdə elmi-tədqiqat hissəsinin rəisi olub.
Elmi fəaliyyətiRedaktə
1987-ci ildə “Keçid elementləri əsasında olan mürəkkəb oksidlərin – polyar dielektriklərin optik xassələri və elektron quruluşu” (01.04.10-yarımkeçiricilər və dielektriklər fizikası) mövzusunda namizədlik dissertasiyasını,
2013-cü ildə isə “Al-TiW-PtSi/n-Si, Al-TiW-Pd 2Si/n-Si, Al-TiW/n-Si, AlNi/n-Si, Al-TiCu/n-Si elektron quruluşu və daşınma mexanizmləri” (2211-01-bərk cisim fizikası) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2009-cu ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə dosent elmi adını alıb.
110-dan çox elmi əsərin müəllifidir. 2 elmlər namizədi və 3 magistr dissertasiyasına rəhbərlik edib.
İctimai-siyasi aktivliyiRedaktə
1992 – 1997-ci illərdə “Bakı Universitetinin Xəbərləri” jurnalının məsul katibi,
1989 – 2005-ci illərdə Radiotexnika, Elektronika və Rabitə Elmi-Texniki Cəmiyyətin Rəyasət Heyətinin üzvü olub.
2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatlarıRedaktə
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İzzət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 182. — 1.000 nüsx.
- Əfəndiyeva İzzət Məmməd qızı : [arx. 8 Jul 2022 - 1 Aug 2024] // static.bsu.az. — Müraciət tarixi: 28.08.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |