Ülkər Hüseynova
Ülkər Hüseynova — tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi.
Ülkər Hüseynova | |
---|---|
Hüseynova Ülkər İbrahim qızı | |
Ülkər Hüseynova. | |
Doğum tarixi | 24 aprel 1937 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ SSRİ |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1955–1960) |
Həyat yoldaşı | Şirməmməd Hüseynov |
Evladları | Lalə Hüseynova, Fərəh Əliyeva |
Haqqında məlumatlarRedaktə
24 aprel 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1955-ci ildə Bakı şəhər 132 saylı məktəbini gümüş medalla bitirib.
1955 – 1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1966-cı ildən “Elm və həyat” jurnalında işləyir; o cümlədən,
1966–1993-cü illərdə şöbə müdiri,
1993 – 1995-ci illərdə baş redaktorun müavini,
1995 – 1997-ci illərdə baş redaktor,
1997-ci ildən sonra isə redaktor müavini olub.
2013-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır.
Digər fəaliyyətiRedaktə
1999-cu ildə çap olunmuş Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanmış yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6, 7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabının tərcüməçi və redaktorlarından biri, “Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti”nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.
2004-cü ildə 17 çap vərəqi həcmində “Elm və həyatın işığında” adlı kitabı çap olunub; kitabda 45 il ərzində “Elm və həyat” jurnalında çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi, o cümlədən, tanınmış elm adamları, Azərbaycan səhiyyəsinin görkəmli xadimləri ilə müsahibələri və s. mövzularda yazıları yer alıb.
2004-cü ildə çap olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi» adlı kitabın,
2006-cı ildə çap olunmuş Lütfi Zadənin həyat yoldaşı Fey Zadənin “Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim” adlı kitabın ruscadan azərbaycancaya tərcüməçisidir.
2008-ci ildə isə vaxtilə özünün də təhsil aldığı Bakı şəhər 132 saylı orta məktəbinin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən “Mənim fəxrim – məktəbi”m adlı kitabı çap olunub.
Təltif və mükafatlarıRedaktə
- «Vətən» Media Diplomu (1993);
- Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomu (2001, 2011);
- Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatı (1995, 2001);
- AMEA-nın Fəxri Fərmanı (2010).
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Hüseynova Ülkər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 175-176. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Xəlilzadə F. Ucalığa qovuşan illər (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2011. — В. 22 iyul. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 Mar 2016 - 15 Mar 2018.
- Abasov C. Görkəmli jurnalist Ülkər Hüseynovanın 80 illiyi qeyd olundu (azərb.) // Azərbaycan : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 19 aprel. — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Orsər R. Ülkər Hüseynova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 394-396. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |