Məmməd Əfəndiyev (riyaziyyatçı)
Məmməd Əfəndiyev (1887–1977) — tanınmış riyaziyyatçı-pedaqoq, professor, Azərbaycan SSR əməkdar elm xadimi, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru. Tanınmış pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.
Məmməd Əfəndiyev | |
---|---|
Əfəndiyev Məmməd Rəşid bəy oğlu | |
Məmməd Əfəndiyev. | |
Doğum tarixi | (5) 17 oktyabr 1887 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 iyun 1977 (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi adı | professor |
Evladları | Fəridə, Adilə |
Atası | Rəşid bəy Əfəndiyev |
Anası | Zeynəb |
Mükafatları |
|
Haqqında məlumatlarRedaktə
17 (5) oktyabr 1887-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.
1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,
1915 – 1921-ci illərdə isə Nuxa gimnaziyasında əvvəl müəllim, sonra isə müdir (1917-ci ildə gimnaziyanın milliləşdirilməsi işində xüsusi xidməti olub),
1920 – 1921-ci illərdə Şəki qəza maarif şöbəsinin məktəblər bölməsinin müdiri, qısamüddətli müəllimlər kursunun müdiri vəzifəsində çalışıb.
1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur (bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı).
1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.
1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,
1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.
1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.
Elmi-pedaqoji fəaliyyətiRedaktə
1933-cü ildə dosent,
1944-cü ildə professor elmi adını alıb.
Azərbaycan dilində riyazi terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.
1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.
Təltif və mükafatlarıRedaktə
- “Azərbaycan SSR əməkdar elm xadimi” fəxri adı (1943).
- “Lenin” ordeni;
- “Qırmızı Əmək Bayrağı” ordeni, 2 dəfə;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, 2 dəfə;
- “Qafqazın müdafiəsinə görə” medalı.
VəfatıRedaktə
1 iyun 1977-ci il tarixdə – 89 yaşında, Bakıda vəfat edib.
XatirəsiRedaktə
1992-ci ildə Bakıda bir küçəyə adı verilib.
ƏdəbiyyatRedaktə
- Cavadov M. Qocaman pedaqoq = Гоҹаман педагог // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına mətbəə, 1957. — В. 18 dekabr. — № 146 (5.602). — Səh. 2.
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 153-154. — 1.000 nüsx.
- Mete Ə. Tanınmış riyaziyyatçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 214-215. — 500 nüsx.
- ƏFƏNDİYEV Mәmmәd Rәşid oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 217. — ISBN 978-9952-441-13-0.
- Mərdanov M., Tahirzadə Ə. ƏFƏNDİYEV (ƏFƏNDİZADƏ) Məhəmməd bəy Rəşid bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 227–230. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
Aidiyyəti linklərRedaktə
Həmçinin, bax:Redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |