Nurpaşa Hümmətov
Nurpaşa Hümmətov (1923–1989) — tanınmış pedaqoq, pedaqogika elmləri namizədi, yazıçı. Uzun müddət Oxud kənd orta məktəbində müəllim və direktor vəzifəsində çalışıb.
Nurpaşa Hümmətov | |
---|---|
Hümmətov Nurpaşa Ömər oğlu | |
Nurpaşa Hümmətov. | |
Doğum tarixi | 12 may 1923 |
Doğum yeri | Oxud, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfatı | 1989 | (66 yaşında)
Dəfn yeri | Oxud, Şəki rayonu |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (1938–1941) • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi (–1954) |
Mükafatları |
Haqqında məlumatlar
12 may 1925-ci il tarixdə Şəki qəzasının Oxud kəndində anadan olub.
Təhsili
1931 – 1938-ci illərdə Oxud kənd məktəbində,
1938 – 1941-ci illərdə Nuxa Pedaqoji Texnikumunda,
1948 – 1954-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.
Hərbi xidmətdə
1941-ci ildə hərbi xidmətə çağırılıb. Böyük Vətən müharibəsi iştirakçısıdır.
1943-cü ildə döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunub.
Elmi fəaliyyəti
1971-ci ildə professor Bəşir Əhmədovun elmi rəhbərliyi ilə “V – VII siniflərdə azərbaycan dili dərslərində şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” mövzusunda dissertasiya müdafiə edib.
Əmək fəaliyyəti
1943 – 1945-ci illərdə Baltalı kənd məktəbində müəllim,
1946 – 1947-ci illərdə Nuxa şəhər 1 saylı uşaq evində pioner baş dəstə rəhbəri və tərbiyəçi,
1948 – 1989-cu illərdə Oxud kənd orta məktəbində əvvəl ibtidai sinif müəllimi, sonra dil-ədəbiyyat müəllimi,
1969 – 1985-ci illərdə isə direktor vəzifəsində çalışıb.
İkinci iş yerləri
1980-cı illərdə Şəki şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutunda müəllim,
1988 – 1989-cu illərdə Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri vəzifəsində çalışıb.
Ədəbi yaradıcılığı
Ədəbi yaradıcılığa erkən yaşlarında başlayıb.
1950 –1980-ci illərdə Şəki ədəbi mühitinin tanınmış qələm sahiblərindən biri olub. Öz dövründə dövrü-mətbuatda çoxlu sayda şeir, oçerk və publisist məqalələri çap olunub. 250 şer, 150 məqalə, bir çox oçerk və monoqrafiyanın və “Tanrıdan diləyim” adlı kitabın müəllifidir.
Təltif və mükafatları
- “Azərbaycan SSR qabaqcıl maarif xadimi” döş nişanı;
Vəfatı
1989-cu ildə – 66 yaşında vəfat edib. Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Hümmətov Nurpaşa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 254-255. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. Hümmətov Nurpaşa Ömər oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 184. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Maisqızı M. 3.5.2.3. Nurpaşa müəllimin məktəbi — Oxut kənd tam orta məktəbi. III FƏSİL. ŞƏKİNİN TƏHSİLİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı: 542. — Səh.: 258.
- Orsər R. Nurpaşa Hümmətov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 260-264. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |