İsfəndiyar Vahabzadə
İsfəndiyar Vahabzadə — filologiya elmləri doktoru, professor, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, diplomat və dövlət xadimi. Müxtəlif illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, bir sıra ölkələrdə Azərbaycan Respublikasının səfiri və s. vəzifələrdə çalışmışdır. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur.
İsfəndiyar Vahabzadə | |
---|---|
Vahabzadə İsfəndiyar Bəxtiyar oğlu | |
İsfəndiyar Vahabzadə. | |
Anadan olub | 4 avqust 1954 |
Anadan olduğu yer | Bakı Azərbaycan SSR, SSRİ |
Atası | Bəxtiyar Vahabzadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşələri |
şərqşünas, filoloq diplomat |
Milliyyəti | azərbaycanlı |
İxtisası | şərqşünas |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1971−1976) • Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (1986−1988) |
Mükafatları | Belarus Yazıçılar İttifaqının “Qızıl Qələm” mükafatı |
Haqqında məlumatlarRedaktə
4 avqust 1954-cü il tarixdə Bakıda anadan olub.
TəhsiliRedaktə
1971 − 1976-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində,
1986 − 1988-ci illərdə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində,
1994-cü ildə Türkiyə Respublikasındakı diplomatik kurslarda təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1976 − 1979-cu illərdə İran hərbi zavodlarında tərcüməçi işləyib.
1979 − 1983-cü illərdə Azərbaycan LKGİ MK-da referent,
1983 − 1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi,
1985 − 1986-cı illərdə Azərbaycan LKGİ MK-da baş referent,
1988 − 1990-cı illərdə Azərbaycan KP MK Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı,
1990 − 1991-ci illərdə isə Bakı şəhər 26 Bakı komissarı rayonunun icraiyyə komitəsinin sədri,
1991 − 1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri,
1994 − 1997-ci illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini,
1997 − 1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri,
1999 − 2002-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlardakı səlahiyyətli nümayəndəsi,
2002 − 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecində müəllim,
2004 − 2005-ci illərdə Azərbaycan Respublikası Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini,
2005 − 2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri,
2011 − 2017-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
DigərRedaktə
Filologiya elmləri doktoru və professordur, Moldova Elmlər Akademiyasının həqiqi üzvüdür.
Azərbaycan və Belarus yazıçılar birliyinin, Belarus Jurnalistlər İttifaqının üzvüdür. Belarus yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilib. Fars, dari, türk və rus dillərini bilir.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Vahabzadə İsfəndiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 553-555. — 1.000 nüsx..
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |