Şablon:17 dekabr
Bu şablon müvafiq gündə altıyadək qısa xəbər-xülasənin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya Federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti Dinarə Əliyeva 17 dekabr 1980-cı il tarixdə Bakıda anadan olub. Şəkil: Dinarə Əliyeva.
|
Sovet hərbçi–snayperi, mayor, Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Qazıyev (1922–2003) 17 dekabr 1922-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1980 – 1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi olmuş Rəfiqə Qazıyevanın qardaşıdır. Şəkil: Tofiq Qazıyev.
|
|
Həndbol üzrə ilk azərbaycanlı beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi, dosent Çingiz Axundov (1931–2024) 17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmiş, uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışmışdır. Şəkil: Çingiz Axundov.
|
Azərbaycan mətbuat tədqiqatçısı, professor, Azərbaycan SSR əməkdar jurnalisti Şirməmməd Hüseynov (1924–2019) 17 dekabr 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Şəkil: Şirməmməd Hüseynov.
|
|
Ticarət və kənd təsərrüfatı sahələrində bir sıra digər məsul vəzifələrdə çalışmış Əfsər Abdullayev (1926–2010) 17 dekabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Şəkil: Əfsər Abdullayev, 2000-ci il.
|
Neft-qaz yataqlarının işlənməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Səyyad İbrahimov (1936–2016) 17 dekabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub. Şəkil: Səyyad İbrahimov.
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 6 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)