Abbasəli Əliyev (1911–1985) — həkim və hərbçi-həkim, tibb xidməti kapitanı, Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi.

Abbasəli Əliyev
Əliyev Abbasəli Abdurəhman oğlu
Abbasəli Əliyev
Abbasəli Əliyev.
Anadan olub 15 may 1911(1911-05-15)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 23 avqust 1985 (74 yaşında)
Vəfat etdiyi yer Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları İsmayıl Əliyev, Şərafət Əliyeva-Əzizova, Gülrux İsmayılova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Peşəsi həkim
Milliyyəti azərbaycanlı
Təhsili

Nuxa Tibb Fəhlə Fakültəsi (Med.Rab.Fak.) (–1936)

Azərbaycan Dövlət Tibb İnstitutu (1936–1941)
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı"Qırmızı Ulduz" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Haqqında məlumatlarRedaktə

15 may 1911-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1936-cı ildə Nuxa Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.

1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

Hərbi xidmətdəRedaktə

15 may 1942-ci il tarixdə Zaqatala Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib və hərbçi-həkim olaraq Böyük Vətən müharibəsində iştirak edib.

1943-cü ildə İkinci Ukrayna cəbhəsində döyüşən 40-cı ordunun Kiyev 50-ci atıcı korpusunun 134-cü briqadası tərkibindəki 74-cü atıcı diviziyanın həkimi olub.

1945-ci ildə müharibə qurtardıqdan sonra da 12 il hərbi qulluqda qalıb və Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və digər bir neçə yerdə hərbçi-həkim olaraq xidmət edib.

1957-ci ildə kapitan rütbəsi ilə ordudan tərxis olunub.

Mülki xidmətdəRedaktə

1957 – 1985-ci illərdə əmək fəaliyyətini Nuxa/Şəki Mərkəzi Rayon Xəstəxanasında davam etdirib.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

23 avqust 1985-ci il tarixdə – 74 yaşında, Şəkidə vəfat edib.

AiləsiRedaktə

  • Həyat yoldaşı: Xavər Əliyeva həkim-bakterioloq olub. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
  • Övladları: İsmayıl, ŞərafətGülrux – hər üçü musiqiçidir.
    • Oğlu: İsmayıl Əliyev, musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
    • Qızı: Şərafət Əliyeva-Əzizova, müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirmişdir.
    • Qızı: Gülrux İsmayılova, 1975 – 1996-cı illərdə Şəki şəhər 2 №-li musiqi məktəbində, 2006 – 2020-ci illərdə (təqaüdə çıxana qədər) isə Xırdalan şəhər musiqi məktəbində konsertmeyster olaraq fəaliyyət göstərib.

ŞəkillərRedaktə

ƏdəbiyyatRedaktə

  1. Алиев Аббас-Али Абдулрахман-оглы : [arx. 16.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 16.07.2021.
  2. Алиев Абасали Абдурахманов : [arx. 16.07.2021] : [rus.] // Память Народа. — Müraciət tarixi: 16.07.2021.