Elvin Qarayev (elmi işçi)
Elvin Qarayev — AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı.
Elvin Qarayev | |
---|---|
Qarayev Elvin Mahir oğlu | |
Elvin Qarayev. | |
Doğum tarixi | 29 yanvar 1993 |
Doğum yeri | Şin, Şəki rayonu, Azərbaycan |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti, tarix və coğrafiya müəllimliyi ixtisası (2013–2017) |
facebook səhifəsi |
Haqqında məlumatlarRedaktə
29 yanvar 1993-cü il tarixdə Şəki rayonunun Şin kəndində anadan olub.
TəhsiliRedaktə
2010-cu ildə orta məktəbi bitirib.
2013 – 2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.
Hərbi xidmətdəRedaktə
2011 – 2012-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətiRedaktə
2017 – 2018-ci illərdə Şin kənd tam orta məktəbində tarix və coğrafiya müəllimi,
2018 – 2021-ci illərdə isə Azərbaycan Respublikasının Uşaq Hüquqlarının Müdafiəsi Liqasında autriç vəzifəsində çalışıb.
1 dekabr 2021-ci il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin əməkdaşıdır.
Elmi fəaliyyətiRedaktə
15 elmi məqalənin müəllifidir. 30-dan çox Beynəlxalq elmi konfransın, 1 Respublika elmi konfransın o cümlədən, II, III, IV, V “Təhsildə yeni çağırışlar” beynəlxalq təhsil forumunun iştirakçısıdır.
2023-cü ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar zamanı Şəki rayonundakı Şin çayı və çayın ətraf ərazilərində elmi tədqiqatlar aparan zaman çayın üzərində yerləşən İtuçan şəlaləsini qeydə alıb.
İctimai-siyasi fəaliyyətiRedaktə
Yeni Azərbaycan partiyasının, Azərbaycan Respublikası Gənc Müəllimlər Assosiasiyasının və Azərbaycan Gənc Maarifçilər Assosiasiyasının üzvüdür.
2020-ci ildə Şin kənd bələdiyyəsinin üzvü seçilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |