Fərayət Əhmədova
Fərayət Əhmədova — tanınmış mikrobioloq alim və pedaqoq, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin molekulyar biologiya və biotexnologiyalar kafedrasının professoru.
Fərayət Əhmədova | |
---|---|
Əhmədova Fərayət Ramazan qızı | |
Fərayət Əhmədova. | |
Doğum tarixi | 24 aprel 1950 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | biologiya elmləri doktoru, dosent |
İş yeri | Bakı Dövlət Universitetinin molekulyar biologiya və biotexnologiyalar kafedrası |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi, mikrobiologiya ixtisası, axşam şöbəsi (1971–1976) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi, mikrobiologiya ixtisası, qiyabi aspirantura şöbəsi (1984–1987) |
Haqqında məlumatlarRedaktə
24 aprel 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1957 – 1967-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,
1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində (axşam şöbəsi),
1984 – 1987-ci illərdə isə həmin fakültəsinin aspiranturasında (qiyabi) təhsil alıb.
Elmi fəaliyyətiRedaktə
1991-ci ildə “Azərbaycan SSR-nin bəzi termal su mənbələrində Bacillus və Thermus cinsinə aid bakteriyaların yayılması” mövzusunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə Moskva K.A.Timiryazev adına kənd təsərrüfatı Akademiyasında namizədlik dissertasiyasını,
2008-ci ildə isə “Azərbaycanın termal sularının mikrobiotası və termofil mikroorqanizmlərin ekologiyası” mövzusunda AMEA-nın Botanika İnstitutunda 03.00.07-Mikrobiologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib.
2000-ci ildə dosent,
2014-cü ildə isə professor elmi adını alıb.
61 elmi məqalənin (o cümlədən tezisin), 2 kitabın (o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin), 1 patentin (ixtiranın) müəllifidir.
1 elmlər namizədinin elmi rəhbəri olub.
Əmək fəaliyyətiRedaktə
1968 – 1969-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda kitabxanaçı,
1971 – 1973-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetin kadrlar şöbəsində əvvəlcə inspektor, sonra isə baş inspektor işləyib.
1974-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin mikrobiologiya kafedrasında işləyir; o cümlədən,
1974 – 1981-ci illərdə laborant,
1981 – 1993-cü illərdə baş laborant,
1993 – 1995-ci illərdə 0,5 şt müəllim,
1995 – 1998-ci illərdə baş müəllim,
1998 – 2000-ci illərdə dosent əvəzi,
2000 – 2010-ci illərdə dosent,
2010 – 2014-ci illərdə professor əvəzi,
2014-cı ildən professor vəzifəsini tutub.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Əhmədova Fərayət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 204. — 1.000 nüsx.
- Əhmədova Fərayət Ramazan qızı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 269-270. — ISBN 978-9952-441-13-0.
- Fərayət Ramazan qızı Əhmədova : [arx. 7 Jul 2011 - 24 Feb 2020] // Bakı Dövlət universiteti, biologiya fakültəsi. — Müraciət tarixi: 24.10.2021.
- Fərayət Ramazan qızı Əhmədova : [arx. 15 Dec 2017 - 11 Jan 2020] // Bakı Dövlət universiteti. — Müraciət tarixi: 24.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |