Fərrux Yusifov (1916–1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) elmi kommunizm kafedrasının müdiri. Müxtəlif illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini, Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi və s. vəzifələrdə də çalışmışdır.

Fərrux Yusifov
Yusifov Fərrux Oruc oğlu
Fərrux Yusifov
Fərrux Yusifov, 1967-ci il.
Doğum tarixi 17 aprel 1916(1916-04-17)
Doğum yeri Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 iyul 1976 (60 yaşında)[1]
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, elmi kommunizm kafedrası (müdir)
Elmi dərəcəsi elmlər doktoru
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu

 • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Həyat yoldaşları

 • Yusifova Salatın Şaban qızı[2],

 • Əliyeva Siddiqə Qurban qızı
Evladı Rəna
Mükafatları "Qırmızı Ulduz" ordeni — 1944"Qırmızı Ulduz" ordeni — 1944I dərəcəli "Vətən Müharibəsi" ordeni — 1945"Berlinin alınmasına görə" medalı — 1946

Haqqında məlumatlarRedaktə

17 aprel 1916-cı il tarixdə Nuxa qəzasının Kiş kəndində anadan olub.

TəhsiliRedaktə

Nuxa Pedaqoji Texnikumunu bitirib (1940-ci ildən əvvəl).

Böyük Vətən müharibəsindən (1941–1945) sonra ali təhsil alıb və həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.

Hərbi xidmətdəRedaktə

3 oktyabr 1940-cı il tarixdən SSRİ Silahlı Qüvvələrində xidmətə başlayıb (Quba Rayon Hərbi Komissarlığından çağırılmışdı). Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib, əvvəl siyasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук))[qeyd 1], sonra isə kapitan hərbi rütbəsinə malik olub.

1943-cü ilin aprelində itkin düşmüş elan edilib və bu barədə həyat yoldaşına rəsmi məlumat göndərilib[2]. Lakin sonra tapılıb və hərbi xidməini davam etdirib.

31 dekabr 1945-ci il tarixdə ordudan tərxis olunub.

Əmək fəaliyyətiRedaktə

1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor,

1950 – 1954-cü illərdə əvvəl Azərbaycan KP MK-da instruktor, sonra Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi,

1954 – 1957-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini,

1957 – 1960-cı illərdə Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi,

1960 – 1969-ci illərdə, müxtəlif vaxtlarda Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənədi-maarif kafedrasının müdiri vəzifəsində çalışıb.

1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib; o cümlədən,

1971-ci ildən elmi kommunizm kafedrasının müdiri olub.

Elmi fəaliyyətiRedaktə

Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.

İctimai fəallığıRedaktə

1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Azərbaycan KP-mim XXII və XXIII qurultaylarının nümayəndəsi olub.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

2 iyul 1976-cı il tarixdə[1] – 60 yaşında, Bakıda vəfat edib.

XatirəsiRedaktə

Şəki şəhərində bir küçəyə adı verilib.

DigərRedaktə

QeydlərRedaktə

  1. Syasi rəhbər (rus.: Полити́ческий руководи́тель (сокр. политрук)) hərbi rütbəsi SSRİ Silahlı Qüvvələrində yalnız 1943-ci ilədək mövcud olmuşdur.

İstinadlarRedaktə

ƏdəbiyyatRedaktə

  1. Юсупов Фарух Аруззивич : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Юсупов Фарух Оруднипович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  3. Юсупов Фарух Оруднинович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  4. Юсубов Фарух Орудж-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  5. Юсубов Фарух Орудж-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  6. Ф.О.Юсубов (некролог) (rus.) // Бакинский рабочий : газета. — Баку, 1976.
  7. Юсубов, Фаррух Орудж оглы : [arx. 06.07.2020] : [rus.] // GreenZED.com. — 2019. — 15 июля. — Müraciət tarixi: 19.07.2021.