Nəzir Əhmədov (1925–2005) — dövlət xadimi, iqtisadçı alim və yazıçı. 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyətə çağıran “91-lər”dən biridir; Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından az sonra, əvvəl Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, daha sonra isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçirilmişdir. Sovet dövründə də məsul vəzifələr tutmuş, müxtəlif illərdə Zaqatala və Abşeron rayon partiya komitələrinin birinci katibi olmuşdur. Həmçinin, həmin illərdə Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı da seçilmişdir.

Nəzir Əhmədov
Əhmədov Nəzir Laçın oğlu
Nəzir Əhmədov.png
Nəzir Əhmədov.
bayraqAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müavinibayraq
1998 — 30 aprel 2001
bayraqŞəki şəhər İcra hakimiyyəti başçısıbayraq
11 avqust 1993-cü il — 1998
Sələfi Hüseyn Mustafabəyli
Xələfi Əşrəf Məmmədov
bayraqAzərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibibayraq
1974 — 1975
bayraqAzərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — 1974
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1925(1925-12-27)
Doğum yeri Kəhrizoba, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 mart 2005 (79 yaşında)
Vəfat yeri Fatmaye kənd qəbiristanlığı, Abşeron rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Laçın Əhmədov
Həyat yoldaşı Zlota Əhmədova
Uşağı Nərgiz Əhmədova
Təhsili

Nuxa Pedaqoji Texnikumu (1940–1942)

Leninqrad Dövlət Universiteti, siyasi-iqtisad fakültəsi, (1950–1955)
Elmi dərəcəsi iqtisadiyyat elmləri namizədi
Təltifləri "Qırmızı Əmək Bayrağı" ordeniLenin ordeni"Şərəf Nişanı" ordeni

Haqqında məlumatlarRedaktə

27 dekabr 1925-ci il tarixdə Şəki qəzasının Kəhrizoba kəndində anadan olub.

TəhsiliRedaktə

1940-cı ildə Təpəcənnət kənd yeddiillik məktəbini bitirib.

1940-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub; lakin 1942-ci ildə təhsilini yarımçıq buraxaraq könüllü olaraq hərbi xidmətə gedib.

1944 – 1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində,

1950 – 1955-ci illərdə isə Leninqrad Dövlət Universitetinin siyasi-iqtisad fakültəsində təhsil alıb.

Hərbi xidmətiRedaktə

7 mart 1942-ci il tarixdə Nuxa Rayon hərbi Komissarlığından orduya qəbul edilib. Böyük Vətən müharibəsində iştirak edib və SSRİ Daxili İşlər Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib.

14 oktyabr 1948-ci il tarixdə kapitan rütbəsi ilə ordudan tərxis olunub.

Əmək fəaliyyətiRedaktə

1955 – 1956-ci illərdə Sov.İKP Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri,

1956 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetində və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim,

1957 – 1959-cu illərdə Azərbaycan KP Bakı Şəhər Partiya Komitəsində bölmə müdiri,

1959 – 1963-cü illərdə Azərbaycan KP MK-da əvvəl təbliğat-təşviqat şöbəsində, sonra isə təşkilat şöbəsində təlimatçı,

1963 – 1974-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi,

1974 – 1975-ci illərdə Azərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibi,

1975 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi və şöbə müdiri,

1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı,

1998 – 2001-ci illərdə isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. 30 aprel 2001-ci il tarixdə nazirliyin ləğv olunması ilə əlaqədar vəzifəsindən azad edilib.

İctimai-siyasi fəaliyyətiRedaktə

1966 – 1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü,

1967 – 1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və təbiəti mühafizə daimi komissiyasının sədri olub.

1965 – 1970-ci illərdə SSRİ rəsmi nümayəndə heyəti tərkibində Çexoslovakiya, Kuba, ABŞ, Macarıstan və Rumıniyaya xarici səfərlərdə iştirak edib.

16 Oktyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən müraciəti imzalayan 91 nəfərdən biri olub.

Elmi fəaliyyətiRedaktə

İqtisad elmləri namizədi olmaqla yanaşı, 3 elmi kitabın, 40 çap vərəqi həcmində elmi-nəzəri məqalələrin də müəllifidir.

Ədəbi yaradıcılığıRedaktə

“Nəzir Eltəkin” ədəbi təxəllüsü ilə ədəbi fəaliyyətlə məşğul olub, şeir, poema və povestlər yazıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

KitablarıRedaktə

  • Desələr xatırlayın, Bakı, Elm, 1995, 160 s., 1500 nüsxə;
  • İzim qala, Bakı, “Ulduz” nəşriyyatı, 1995, 99 s. 500 nüsxə;
  • Sarı Laçın, Bakı, Azərnəşr, 1996, 54 s. 2000 nüsxə;
  • Ömür körpüsü, Bakı, Azərnəşr, 1998, 640 s. 1000 nüsxə;
  • İsmipünhan sorağında Bakı, Şirvannəşr, 1998, 149 s. 1000 nüsxə;
  • Qaçaq Abbas Bakı, Gənclik, 2001, 226 s. 500 nüsxə;
  • Ömrün son baharı (şeirlər və poemalar) (2006).

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

5 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Abşeron rayonunun Fatmaye kənd qəbiristanlığında, həyat yoldaşı Zlota Əhmədovanın qəbrinin yanında dəfn olunub.

ƏdəbiyyatRedaktə

  1. Ахмедов Назир Лачин-оглы : [arx. 26.12.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 26.12.2021.
  2. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nəzir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 88-89. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Şükürov R., Orsər R. Əhmədov Nəzir Laçın oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 177. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  4. Vaqif Aslan Seçilmiş əsərləri. — Bakı, 2010. — IV  cild. — Səhifələrin sayı:  91.
  5. Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı:  1056. — Səh.: 709. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 oktyabr 2021.