Nurəddin Cəfərov
Nurəddin Cəfərov (1933–2007) — yeraltı hidroqazodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssis, texnika elmləri doktoru, AMEA Geologiya İnstitutunun elmi məsləhətçisi.
Nurəddin Cəfərov | |
---|---|
Cəfərov Nurəddin Cəmaləddin oglu | |
Nurəddin Cəfərov. | |
Doğum tarixi | 6 oktyabr 1933 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 15 iyul 2007 (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Geologiya İnstitutu (elmi məsləhətçi) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Təhsili |
• Nuxa Pedaqoji Məktəbi (–1953) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika riyaziyyat fakültəsi (–1959) • Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutu, aspirantura (1960–) |
Haqqında məlumatlarRedaktə
6 oktyabr 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1953-cü ildə Nuxa Pedaqoji Məktəbini,
1959-cu ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika riyaziyyat fakültəsini bitirib.
1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyətiRedaktə
1959-cu ildə təyinatla Sumqayıt şəhərinə müəllim işləməyə göndərilib.
1960 – 2003-cü illərdə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri,
2003 – 2007-ci illərdə AMEA Geologiya İnstitutunda elmi məsləhətçi vəzifəsində çalışıb.
Elmi fəaliyyətiRedaktə
1965-ci ildə namizədlik dissertasiyasını,
1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.
Müxtəlif illərdə çap olunmuş 130-dan artıq elmi əsərin, o cümlədən, “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyanın (1980) müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.
Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.
Təltif və mükafatlarıRedaktə
- 1985-ci ildə bir qrup alimlərlə birlikdə “Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi” mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb;
- 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.
VəfatıRedaktə
15 iyul 2007-ci il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Cəfərov Nurəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 94-96. — 1.000 nüsx.
- CƏFƏROV NURƏDDİN CƏMALƏDDİN OĞLU // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V c. — Səh. 258. — ISBN 978-9952-441-10-9.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |