Nurəddin Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Mükafatları) tərəfindən edilmiş 00:23, 9 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nurəddin Cəfərov
Cəfərov Nurəddin Cəmaləddin oglu
Nurəddin Cəfərov
Nurəddin Cəfərov
Doğum tarixi 6 oktyabr 1933(1933-10-06)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vəfat tarixi 15 iyul 2007 (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Pedoqoji İnstitutu

Nurəddin Cəfərov — azərbaycanlı alim, texnika elmləri doktoru.

Haqqında məlumatlar

6 oktyabr 1933-cü il tarixdə Nuxada anadan olub.

1953-cü ildə Nuxa Pedoqoji Məktəbini, 1959-cu ildə isə Azərbaycan Pedoqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Sumqayıt şəhərində müəllimlik edib.

1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub. 1960 – 2003-cü illərdə həmin İnstitutun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri vəzifəsində işləyib.

1965-ci ildə Neftdaşıma Konturlarını Yerdəyişməsinin və Quyuların Vatareyalarının Sulaşması Prosesinin Hidrodinamik Tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1992-ci ildə AEA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda Doktorluq dissertasiyası müdafiə edib.

SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.

1980-cı ildə “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası dərc olunub.

130-dan artıq elmi məqalənin müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.

Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.

15 iyul 2007-ci il tarixdə vəfat edib.

Mükafatları

  • 1985-ci ildə bir qrup alimlərlə birlikdə “Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi” mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb.
  • 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.

Ədəbiyyat