Nurəddin Mustafayev
Nürəddin Mustafayev | |||||||
---|---|---|---|---|---|---|---|
Mustafayev Nürəddin Elyaz oğlu | |||||||
Nürəddin Mustafayev, 1983-cü il | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Sadıq Murtuzayev | ||||||
Xələfi | Hadi Rəcəbli | ||||||
|
|||||||
Sələfi | Kamran Rəhimov | ||||||
Xələfi | Heydər İsayev | ||||||
Doğum tarixi | 18 oktyabr 1942 | ||||||
Təhsili |
K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası Moskva Beynəlxalq Universiteti |
Nürəddin Mustafayev – Azərbaycan sovet partiya və dövlət xadimi; 1983 – 1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olmuş, müxtəlif illərdə SSRİ Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinə, Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Haqqında məlumatlar
Təhsili
Kirovabad şəhər dəmir yol orta məktəbini (qızıl medalla),
K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını,
Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını,
Moskva Beynəlxalq Universitetini bitirib.
Əmək fəaliyyəti
1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.
1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,
1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olub.
Ailəsi
Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.
Aidiyyəti linklər
Naxçıvan Kommunist Partiyasının diyar - vilayət - respublika komitəsi Şablon:Yaxşı məqalə