Nərgiz Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 08:45, 1 oktyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nərgiz Əsgərzadə
Nərgiz Saleh qızı Əsgərzadə
Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə, 2015-ci il
Doğum tarixi 15 avqust 1929(1929-08-15)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, SSRİ
Vəfat tarixi 1 oktyabr 2016 (87 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi memarlıq elmləri namizədi
Təhsili Azərbaycan Politexnik institutunu
Mükafatları “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı

Nərgiz Saleh qızı Əsgərzadə – Azərbaycan SSR-in əməkdar memarı (1986), memarlıq elmləri namizədi (1961).

Haqqında məlumatlar

15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub.

Təhsili

1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirib.

Əmək fəaliyyəti

1971-1990-cı illərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində direktor müavini işləyib.

1990-cı ildən 2007-ci il avqustun 1-dək AMEA Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib.

2007 il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb.

Elmi–yaradıcı fəaliyyəti

1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.

4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Təltif və mükafatları

İctimai aktivliyi

Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.

2007-ci ildə işdən çıxarkən şəxsi kitabxanasını Elmi Mərkəzə bağışlamışdır.

Ailəsi

  • Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
  • Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
  • Bacı-qardaşları: Ruhəngiz və Firəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
  • Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
  • Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.

Xatirə gecəsi

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunmuş Nərgiz Əsgərzadənin xatirə gecəsi iştirakçilarından bir qurup.

20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

İstifadə edilmiş əsas mənbə

Şablon:Yaxşı məqalə