Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 16:51, 1 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
..
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski

Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; sovet milis polkovniki. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab edilir. Azərbaycan SSR-nin maarif komissarı olmuş Məmmədsadıq Əfəndiyevin (1902 – 1942) qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin atası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuş, polis general-mayoru Emin Şəkinskinin babasıdır.

Haqqında məlumatlar

15 mart 1900-ci ildə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar tərcüməçi işləyirdi. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıblar. 1914-cü ildə atası vəfat edib.

Təhsili

1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.

Əmək fəaliyyəti

1918 – 1919-cu illərdə Azərbaycan ordusunda xidmət edib.

1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvəvl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.

1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.

1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində çalışıb.

Daha sonra Bakı Sovetində sədr müavini olub.

1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsinə təyin olunub.

1934 – 1935-ci illərdə əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.

1936 –1937-ci illərdə əvvəlcə Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.

1947-ci ildə cəza müddətindən (1939 – 1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilmiş, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləmişdir[1].

1955 – 1957-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində işləyib.

1960 – 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi olub[2]; fərdi (İttifaq əhəmiyyətli) pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilib.

1968 – 1975-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi “Azərneft” Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini,

1979 – 1979-cu illərdə isə “Azərneft”in hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi olub[3].

Siyasi fəaliyyəti

1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına daxil olub. Partiyanın Qafqaz Komitəsi və “Hümmət” təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilmiş, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak edib. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində onun təklifi ilə V.İ.Leninə təbrik teleqramı göndərilib.

1918-ci ildə “Hümmət”in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi olarkən fəhlələr arasında,

1919 – 1920-ci illərdə Azərbaycan Cümhuriyyəti ordusunun əsgəri olarkən isə fəhlələr arasında bolşevik təbliğatı aparıb.

1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.

15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.

=Məhkunluğu və bəraət alması

1937-ci ilin noyabrında həbs edilmiş, 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş və Kolıma həbs düşərgəsinə göndərilmişdir.

1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiynə görə ona bəraət verib, 1".

=Mükafatları

  • Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921)
  • “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
  • SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).
  • Lenin ordeni.

Vəfatı

28 sentyabr 1979-cu il tarixdə, gündüz saat 3:30 radələrində, nahar fasiləsindən işə piyada qayıdarkən Hüsü Hacıyev küçəsində avtomobil vurması nəticəsinə həlak olub[4].

Xatirəsi

Ölümündən iki gün sonra – sentyabrın 30-da, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetində vəfatı münasibəti ilə nekroloq dərc olunub. Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov və başqaları imzalamışdır[5].

Ədəbiyyat

Şablon:Yaxşı məqalə

  1. ., s. 15.
  2. ., s. 15.
  3. ., s. 15.
  4. ., s. 15.
  5. ., s. 15.