Məmmədəmin Şəkinski

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:08, 1 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məmmədəmin Şəkinski
Şəkinski Məmmədəmin Əhməd oğlu
Məmmədəmin Şəkinski
Məmmədəmin Şəkinski
Anadan olub 15 mart 1900(1900-03-15)
Anadan olduğu yer Aşqabad, Zakaspiyski vilayəti, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat edib 28 sentyabr 1979 (79 yaşında)
Vəfat etdiyi yer Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi yol–atomobil qəzası
Uşağı Əkrəm Şəkinski
Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev (? – 1914)
Anası Səltənət Hüseyn qızı (? – 1919)
Mükafatları Lenin ordeni

Məmmədəmin Şəkinski – Azərbaycan sovet dövlət xadimi; sovet milis polkovniki. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. Azərbaycan sovet milisinin yaradıcılarından biri hesab edilir. Azərbaycan SSR-nin maarif komissarı olmuş Məmmədsadıq Əfəndiyevin (1902 – 1942) qardaşı, Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar Komitəsinin sədri olmuş Əkrəm Şəkinskinin atası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olmuş, polis general-mayoru Emin Şəkinskinin (1960 – 2020) babasıdır.

Haqqında məlumatlar

15 mart 1900-ci il tarixdə Aşqabadda anadan olub. Atası Mirzə Əhməd Hacı Abdulla Əfəndiyev Şəki bəylərinin nəslindən idi, Aşqabad şəhərində kargüzar – tərcüməçi işləyirdi.

1909-cu ildə ailəvi olaraq Nuxa şəhərinə qayıdıblar.

1914-cü ildə atası vəfat edib.

1919-cu ildə anası – Səltənət Hüseyn qızı, da vəfat edib.

Təhsili

1920-ci ildə Bakıda 2-ci dərəcəli gimnaziyanı bitirib.

Əmək fəaliyyəti

1920 – 1923-cü illərdə Azərbaycan Qırmızı Ordusunda rəhbər partiya-siyasi sahədə salışmış, əvvəl alay hərbi komissarı, sonra Azərbaycan diviziyasının hərbi komissarının müavini olmuşdur. O cümlədən, 1921-ci ilin fevralında ümumqoşun hərbi məktəbin komissarı kimi pulemyotçu dəstəsində Gürcüstanda sovet hakimiyyəti qurulması zamanı menşevik ordusuna qarşı mübarizədə iştirak edib.

1924-cü ilin əvvəlindən S.M.Kirovun zəmanəti ilə Bakı Sovetinin inzibati şöbəsinə və Bakı milisinə rəhbərlik edib.

1930-cu ildə Azərbaycan SSR Baş Milis rəisinin müavini vəzifəsində işləyib.

Daha sonra Bakı Sovetində sədr müavini olub.

1933-cü ildə Yevlax pambıq zavodunun direktoru vəzifəsində çalışıb.

1934 – 1935-ci illərdə, əvvəlcə Yevlax qəsəbə sovetinin, sonra isə Yevlax rayon icraiyyə komitəsinin sədri olub.

1936 – 1937-ci illərdə, əvvəl Azərbaycan SSR Kommunal Təsərrüfatı nazirinin müavini, sonra isə Kirovabad Şəhər Zəhmətkeş Deputatları Sovetinin sədri vəzifəsində çalışıb.

1947-ci ildə cəza müddətindən (1939 – 1947) sonra Kolımadan Krasnodar vilayətinə göndərilib, orada 1955-ci ilədək vətəndaş kimi müxtəlif vəzifələrdə işləyib[1].

1955 – 1957-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin arxivində işləyib.

1960 – 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi olub[2]; fərdi (İttifaq əhəmiyyətli) pensiyaya çıxması ilə əlaqədar 1967-ci il iyun ayının 19-dan vəzifəsindən azad edilib.

1968 – 1975-ci illərdə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi “Azərneft” Birliyinin hərbiləşdirilmiş mühafizə xidmətinin rəis müavini,

1979 – 1979-cu illərdə isə “Azərneft”in hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi olub[3].

Siyasi fəaliyyəti

1917-ci ildə Tiflisdə Rusiya Sosial Fəhlə (bolşeviklər) Partiyasına üzv olub. Partiyanın Qafqaz Komitəsi və “Hümmət” təşkilatı tərəfindən Qars vilayətinə, Nuxa və Ağdaş qəzalarına göndərilib, yerlərdə seçkiqabağı təsis yığıncaqlarında iştirak edib. 1917-ci ildə Ağdaş rayon zəhmətkeşlərinin mitinqində onun təklifi ilə V.İ.Leninə təbrik teleqramı göndərilmişdir.

1918-ci ildə “Hümmət”in Aşqabad komitəsinin katibi və Aşqabad Sovetinin üzvi olarkən fəhlələr arasında,

1919 – 1920-ci illərdə isə Azərbaycan Cümhuriyyəti ordusunda əsgərlik edərkən fəhlələr arasında bolşevik təbliğatı aparıb.

1937-ci ildə Azərbaycan K(b)P sıralarında xaric olunub.

15 noyabr 1955-ci il tarixdə Azərbaycan KP MK Bürosunun qərarı ilə partiya üzvlüyünə bərpa edilib.

Məhkunluğu və bəraət alması

1937-ci ilin noyabrında həbs edilib; 1939-cu ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum olunub və Kolıma həbs düşərgəsinə göndərilib.

1955-ci il sentyabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi müqəssir olmadığına və qanunsuz həbs edildiyinə görə ona bəraət verib.

Mükafatları

  • Qızıl Xəncər – Azərbaycan SSR sovetlərinin 1-ci qurultayında Azərbaycan Ordusunda savadsızlığın ləğv edilməsində xidmətimə görə (1921).
  • “Banditizmiə qarşı mübarizədə şücaət göstərdiyinə görə” medalı (1930).
  • SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin fəxri fərmanı və radioqəbuledici mükafatı – Yevlax şəhərində sosializm quruculuğuna görə (1935).
  • Lenin ordeni.
  • digər medallar.

Vəfatı

28 sentyabr 1979-cu il tarixdə, gündüz saat 3:30 radələrində, nahar fasiləsindən işə piyada qayıdarkən Hüsü Hacıyev küçəsində avtomobil vurması nəticəsinə həlak olub[3].

Xatirəsi

Ölümündən iki gün sonra – sentyabrın 30-da, Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetində vəfatı münasibəti ilə nekroloq dərc olunub. Nekroloqu H.Ə.Əliyev, Q.Ə.Xəlilov, Ə.İ.İbrahimov, Y.P.Puqoçov, H.Z.Seyidov, Ə.H.Kərimov, K.M.Bağırov, F.Ə.Əliyev, F.H.Əhmədov və başqaları imzalamışdır[3].

Ədəbiyyat

Şablon:Yaxşı məqalə