Rəcəb Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəcəb Əfəndizadə
Əfəndizadə (Əfəndiyev)
Rəcəb Əsədulla oğlu
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə 1922-ci ildə.
Doğum tarixi 1893(1893-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 20 dekabr 1956 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi pedaqogika
Elmi adı dosent
Təhsili

Qori Müəllimlər Seminariyası (1909 – 1914)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, pedaqogika fakültәsi ( – 1930)

Rəvəb Əfəndizadə (1893 – 1956) — maarif xadimi, pedaqoq-alim, yazıçı vә tәrcümәçi. Nuxa Pedaqoji Texnikumunun ilk direktoru olub.

Haqqında məlumatlar

1893-cü ildə Nuxada, sənətkar ailəsində anadan olub.

Təhsili

1902 – 1903-cü illərdə Nuxadakı mədrəsədə,

1903 – 1909-cu illərdə isə altısinifli şəhər məktəbində oxuyub.

1909 – 1914-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.

1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültәsini bitirib.

Əmək fəaliyyəti

Rəcəb Əfəndizadə 1952-ci ildə.

1914 – 1915-ci illərdə Göyçay şәhәr mәktәbinin,

1915 – 1922-ci illərdə Nuxa kişi-qadın gimnaziyasının,

1920 – 1927-ci illərdə Nuxa Pedaqoji Texnikumunun,

1927 – 1929-cu illərdə isə Tiflis Pedaqoji Texnikumunun direktoru olub.

1929 – 1943-cü illərdə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında kadrlar üzrə inspektor vəzifəsində işləyib. O cümlədən,

1929 – 1934-cü illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunda əvvəl müəllim, 1933-cü ildən isə dosent vəzifəsində çalışıb.

1945 – 1949-cu illərdə Azәrbaycan Dövlәt Qiyabi Pedaqoji İnstitutunda tәdris vә elmi işlәr üzrә direktor müavini, pedaqogika kafedrasının müdiri olub.

Elmi-pedaqoji fəaliyyəti

1912-ci ildə – hələ 19 yaşı olarkən, rus dilində qələmə aldığı “Tərbiyyə sistemində həvəsləndirmə və cəza” adlı 2 çap vərəqi həcmində elmi-metodik əsəri Qori Müəllimlər Seminariyasının iclasında oxunmuş və yüksək qiymətləndirilmişdir.

1917-ci ildə 160 səhifəlik “Türk çələnci” adlı dərslik tərtib edərək Nuxada çap etdirib.

1931-ci ildə “İş yeri seçmənin pedaqoji prinsipləri”,

1933-cü ildə “İş otağı”,

1934-cü ildə “Müәllimlәrin ixtisasını artırma işinin tәşkili”,

1935-ci ildə “Fiziki coğrafiya”, “Kurs işlərinin metodları”, “Xalq maarifi üzrə məlumat kitabı”,

1936-cı ildə “Qiyabi təhsil sistemində şifahi konsultasiya”,

1939-cu ildə “İzahlı pedaqoji lüğət”,

1942-ci ildə “Şagirdlәrin fiziki tәrbiyәsi vә hәrbi hazırlığı” və s. adlı elmi-metodiki işləri çap olunub.

Avropa vә rus pedaqogikasının klassiklәri Y.A.Komenski, İ.H.Pes Talotsi, K.D.Uşinskinin pedaqoji fikirlәrini Azәrbaycan pedaqogikasına ilk dəfə Rəcəb Əfəndizadə gətirib. Ali vә orta mәktәblәr üçün Moskvada nәşr olunan “Psixologiya” vә “Pedaqogika” dәrsliklәrinin ilk tәrcümәçisidir.

Ədəbi yaradıcılığı

1911-ci ildə “Yeni İrşad” qəzetində “Gimnazist Vahid, yaxud müəllimlərə ibrət”, “Aclar”, “Əttar dükanında”, “Rahat olmaq istəyirəm”, “Tərbiyyə qurbanı” adlı hekayələri,

1912-ci ildə “Məktəb” jurnalında “Axır çərşənbə” pyesi,

1914-cü ildə “İqbal” qəzetində “Kimdir o?” və “Yaxşılıq” adlı hekayələri,

1915-ci ildə “Dirlik” jurnalında hissə-hissə “Namus” povesti dərc olunub.

1917-ci ildə Nuxa mətbəəsində “Namus” povesti kitabça şəklində çap olunub.

Ədəbiyyatİstifadə edilmiş mənbələr