Vaqif Mustafazadə

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 17:10, 15 mart 2021 tarixli redaktə
Vaqif Mustafazadə
Mustafazadə Vaqif Əziz oğlu
Vaqif Mustafazadə
Vaqif Mustafazadə, 1970-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1940(1940-03-16)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 dekabr 1979 (39 yaşında)
Vəfat yeri Daşkənd, Özbəkistan SSR], SSRİ
Dəfn yeri Yasamal qəbiristanlığı, Bakı, Azərbaycan, SSRİ
Peşələri bəstəkar, pianoçu
Həyat yoldaşları Nərminə və Elza Mustafazadə (Bandzeladze)
Uşaqları Lalə Mustafazadə, Əzizə_Mustafazadə

Üslub caz-muğam
Musiqi aləti
  • piano
  • elektrogitara
  • zərb alətləri
Fəaliyyət illəri 1958 – 1979
Təhsili Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu ( – 1963)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979 Azərbaycan SSR dövlət mükafatı — 1982
http://vagif.musigi-dunya.az/
Commonsda da Vaqif Mustafazadə ilə əlaqəli mediafayllar var

Vaqif Mustafazadə (1940–1979) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artistiAzərbaycan SSR dövlət mükafatı laureatı.

Haqında məlumatlar

Bakıda Vaqif Mustafazadənin vaxtilə yaşadığı binanın fasadında xatirə barelyefi.

16 mart 1940-cı il tarixdə Bakıda anadan olub.

Təhsili

1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Texnikumunu bitirib.

Əmək və yaradıcılıq fəaliyyəti

1965-cı ildə Gürcüstan Dövlət filarmoniyasında “Qafqaz” caz-triosunu yaradıb.

1970-ci ildə “Leyli” ilk qadın vokal kvartetinə,

1971 – 1977-ci illərdə “Sevil” vokal-instrumental ansamblına,

1977 – 1979-cu illərdə “Muğam” instrumental ansamblına rəhbərlik edib.

Fortepiano ilə orkestr üçün Konsertin, “Muğam” simfoniyasının və sairə əsərlərin müəllifidir.

Təltif və mükafatları

1966-cı ildə “Tallin-66”,

1978-ci ildə “Tbilisi-78” ümumittifaq caz festivallarının laureatı olub.

1978-ci ildə Bəstəkarlarının VIII beynəlxalq caz müsabiqəsində (Monako) birinci mükafata layiq görülüb.

1979-ci ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adını alıb.

1982-ci ildə – ölümündən sonra, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Vəfatı

16 dekabr 1979 il tarixdə Daşkəndə qastrol zamanı ürək tutmasından vəfat edib.

Bakıda Vaqif Mustafazadənin məzarı.

Bakıda dəfn olunub.

Ailəsi

  • Atası: Mustafazadə Əziz Əbdülkərim oğlu 1912-ci ildə Nuxada anadan olmuşdur, hərbi həkim idi, tar və kamança çala bilirdi.
  • Anası: Əliyeva Zivər Ağasəf qızı Bakı neftxudasının qızı idi; ilk azərbaycanlı qadın pianoçularından, Ü.Hacıbəyovun tələbələrindən biri olub, Nuxa/Şəki və Bakı musiqi məktəblərində dərs deyib.
  • Həyat yoldaşları: — 1.Nərminə; 2.Elza Mustafazadə (Bandzeladze), müğənni, “Sevil” vokal və instrumental ansamblının solisti olub[1].
  • Böyük qızıLalə Mustafazadə (Nərmiədən), opera müğənnisi, vaxtilə, Paris Milli Ali Musiqi və Rəqs Konservatoriyasında dərs deyib, 2013-ci ildə Paris Qrand-operada işləyirdi[2].
  • Kiçik qızı: Əzizə Mustafazadə (Elzadan), pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artistidir (2018).

Xatirəsi

2012-ci ildə Vaqif Mustafazadə haqqında “Caz əfsanəsi – Vaqif Mustafazadə” adlı sənədli film çəkilmişdir: . .

Ev muzeyi

1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk direktoru Vaqif Mustafazadənin anası Zivər Müstafazadə olub. Onun vəfatından – 1997-ci ildən sonra isə qardaşı qızı Afaq Əliyeva muzeyin direktoru olub.

İstinadlar

  1. "Больше, чем обычная любовь" (русский). “Azərbaycan qadını” jurnalı. 2015, № 21. (#archive_missing_date) tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
  2. Усанова А. (19 марта, 2013). "Музыка, которая никогда не умирает" (русский). 10 Apr 2013 - 4 Jun 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)

İstifadə edilmiş əsas mənbələr

Şablon:Yaxşı məqalə