Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov | |
---|---|
Cabbarov Məmmədiyyə Süleyman oğlu | |
Məmmədiyyə Cabbarov. | |
Digər adı | Məmmədiyyə Süleymanlı |
Anadan olub | 1910 |
Vəfat edib | 30 mart 1997 (87 yaşında) |
Uşaqları | Qurtuluş, Bahar, Elman |
Təhsili |
Bakı Pedaqoji Texnikumu (1927 – 1931) Azərbaycan Müəllimlər İnstitutunu ( – 1931, qiyabi) |
Məmmədiyyə Cabbarov (1910 – 1997) — yazıçı, publisist və jurnalist; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru və s. vəzifələrdə çalışmış, əmək fəaliyyətinin son illərində Azərbaycan SSR “Bilik” cəmiyyətin Şəki şöbəsinin rəhbəri olmuşdur.
Haqqında məlumatlar
1910-cu ildə Nuxada, tacir ailəsində anadan olub.
Təhsili
Nuxada natamam-orta,
1927 – 1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda ana dili və ədəbiyyat müəllimi ixtisası üzrə orta-ixtisas təhsili alıb.
1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.
Əmək fəaliyyəti
1931-ci ildən Nuxa şəhər və kənd məktəblərində ana dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb.
1937 – 1941-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında əvvəl ədəbi işçisi, sonra şöbə müdiri və nəhayət, 1941-ci ildə redaktor əvəzi olub.
1945-ci ildən – 10 ildən artıq müddət ərzində, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru,
1958 – 1965-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,
1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.
1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləyib və əmək fəaliyyətinin son illərində həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olub.
Digər
Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.
Ədəbi-publisistik fəaliyyəti
1924-cü ildən – 14 yaşından ədəbi, 1932-ci ildən “Nuxa fəhləsi” qəzetində publisistik fəaliyyətə başlayıb.
1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,
1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
Ədəbiyyat
- Məmmədov S. Cəmiyyət üçün (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —3 sentyabr c. — № 23 – 24 (1373). — Səh. 4.
- Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış şair və yazıçılar
- 1910-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 30 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr