Ələsgər Abdullayev
Ələsgər Abdullayev | |
---|---|
Abdullayev Ələsgər Baba oğlu | |
Ələsgər Abdullayev. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1866 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1 aprel 1929 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Uşağı | Mikayıl Abdullayev (tarzən) |
Ləqəbi | Şəkili Ələsgər |
Ələsgər Abdullayev (Şəkili Ələsgər; 1866–1929) — böyük istedada, güclü və zəngin tembrli səsə, özünəməxsus orijinal ifa üslubuna malik olmuş məşhur xanəndə. Azərbaycan musiqi tarixində “Rahab” muğamının ən gözəl ifaçılarından biri hesab edilir.
Haqqında məlumatlar
1856-cı ildə Nuxada, yoxsul bir ailədə anadan olub.
Xanəndəlik fəaliyyəti
Uşaq yaşlarından bənna köməkçisi işləyirdi. 20 yaşında xanəndə Keştazlı Həşimdən xanəndəlik sənətini öyrəndikdən sonra həm də toy məclislərində oxumağa başlayıb. Bir dəfə isə divar tikərkən oxuduğu “Segah”ı, təsadüfən, Bakıdan qonaq gəlmiş tacir-xanəndə Ağa Səid oğlu dinləyir və onu Bakıya dəvət edərək ona daha mükəmməl muğam oxumağı öyrədir. Bundan sonra Ələsgər Abdullayev ustad bir xanəndə kimi tanınır.
1902 – 1903-cü illərdə Bakıda təşkil edilmiş Şərq konsertlərində “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını, gürcü mahnılarını məharətlə ifa edib. Sonralar Azərbaycanın müxtəlif şəhərlərində, həmçinin, Gürcüstanda, Dağıstanda, Orta Asiyada, Türkiyədə və İranda da konsertlər verib. İranda gözəl ifaçılıq qabiliyyətinə görə İran şahı tərəfindən qızıl saatla mükafatlandırılıb.
Uzun illər tarzən Şirin Axundovun müşayiəti ilə çıxış etmişdir.
1913 – 1914-cü illərdə onun Qurban Pirimov və Saşa Oqanezaşvilinin müşayiətilə ifa etdiyi “Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabur-segah”, “Rahab” və “Şüştər” muğamları Tiflis və Kiyev şəhərlərində “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən vala yazılıb.
Vəfatı
1 aprel 1929 tarixdə – 63 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I cild. — Səhifələrin sayı: 648. — Səh.: 16. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Abdullayev Ələsgər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 19. — 1.000 nüsx.
- Mete Ə. Şəkili Ələsgər // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 501 – 502. — 500 nüsx.
- Şuşalı F. Azərbaycan xalq musiqişünasları. — Bakı, 1985. — Səh.: 174 – 178.
- Abdullayev Ələsgər Baba oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 29. — ISBN 978-9952-441-02-4.
- "Abdullayev Ələsgər Baba oğlu". http://mugam.musigi-dunya.az/ (azərb.). Muğam ensiklopediyası. 5 Mar 2016 tarixində arxivləşdirilib.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- 1866-cı ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1929-cu ildə vəfat edənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- AME məqaləsinə istinad olunan məqalələr