Səadət Zeynalova
Səadət Zeynalova | |
---|---|
Zeynalova (Rəşidova) Səadət Məmməd qızı | |
Səadət Zeynalova | |
Səadət Zeynalova. | |
Doğum tarixi | 16 iyun 1954 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | dil nəzəriyyəsi, german dilləri, türk dilləri |
İş yeri | AMEA A.Bakıxanov adına Tarix İnstitutu |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsi (1973–1978) Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, aspirantura (german dilləri üzrə, (1979–1984) |
Səadət Zeynalova — filologiya üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun professoru.
Haqqında məlumatlar
16 iyun 1954-cü il tarixdə Nuxada anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Təhsili
1973 – 1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib.
1979 – 1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasında (german dilləri üzrə) təhsilini artırıb.
Elmi fəaliyyəti
1986-cı ildə İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib.
1996-cı ildə dosent elmi adını alıb.
2010-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
2014-cü ildə professor elmi adını alıb.
1 doktorant və 1 dissertantın elmi rəhbəridir.
Azərbaycanda və digər ölkələrdə nəşr olunmuş 70-dən çox elmi əsərin, 1 monoqrafiya, 2 dərs vəsaitinin (alman dilində) və 5 dərs proqramın müəllifidir.
Alman dilində çap olunmuş 3 sənədlər toplusunun, 1 kataloqun tərtibçisi, həmmüəllifi və tərcüməçisidir. O cümlədən, Yaqub Mahmudovun iki kitabının alman dilinə tərcüməçisi və korrektorudur:
- «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi», Çaşıoğlu, 2010, 620 səh. (alm. DAS KHANAT IREVAN: Russische Invasion und Umsiedlung der Armenier in die nordaserbaidschanischen Gebiete. Baku: Gesellschaftliche Vereinigung der aserbaidschanischen Historiker 2019, 592 S.).
- «Real tarix və “Böyük Ermənistan” uydurması», Azərbaycan tarıxçilərinin içtimai birliyi, 2014, 149 səh. (alm. DIE WAHRE GESCHICHTE und die Fiktion über "Großarmenien". Baku: Turkhan, 2020, 152 S. ) kitablarının alman dilinə tərcüməçisi və korrektorudur.
Əmək fəaliyyəti
2021-ci ildən AMEA A.Bakıxanov adına Tarix İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Əvvəlki əsas iş yerləri
Azərbaycan SSR EA/AMEA Rəyasət Heyətinin nəzdindəki xarici dillər kafedrası, alman dili üzrə müəllim, baş müəllim, dosent (02/1987 – 09/2005);
AMEA Nəsimi adına Dilçilik İnstitutunun german və roman dilləri elm-tədris sektorunun tədris-tədqiqat şöbəsinin dosenti (09/2005 – 12/2008);
AMEA Rəyasət Heyəti nəzdindəki xarici dillər kafedrasının dosenti (01/2009 – 07/2012), professoru (07/2012 – 10.02.16);
AMEA Rəyasət Heyəti nəzdindəki xarici dillər kafedrasının professoru (07/2012 – 10.02.16);
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun tərcümə və nəşriyyat işləri şöbəsinin aparıcı elmi işçisi (0,5 ştat) və AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində tədqiqat işləri aparan AMEA Tarix İnstitutunun “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi üzrə təşkil olunmuş elmi işçi qrupun rəhbəri (09/2012 – 09/2017; 02.2019-04.2021);
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, humanitar və ictimai elmlər şöbəsində baş məsləhətçi (03/2016 – 08/2016);
Azərbaycan Respublikasının Prezidenti yanında AAK, humanitar və ictimai elmlər şöbəsinin müdir müavini, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (08/2016 – 03.07.2017);
Azərbaycan Respublikasının Prezidenti yanında AAK, informatika və analitik tədqiqatlar şöbəsinin müdir müavini, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (03/2017-01.11.2018);
Əvvəlki ikinci iş yerləri
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının sədr müavini (03/2014 – 03/ 2016).
Naxçıvan Dövlət Universitetinin nəzdində “German dilləri” və “Azərbaycan dili” üzrə müdafiə şurasının üzvü (2020-ci ildən).
- Qərb Universiteti, Xarici dillər kafedrası, dosent (əvəzç.) (09/1992 – 07/1993);
- Azərbaycan Dillər Universiteti, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının dosenti (0,5 ştat) (09/1994 – 07/1997); 09/2000 – 11/2009;
- AFR, Berlin, Aleksandr fon Humboldt Fondunun laureatı. V. fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində dəvət olunmuş professor (birgə layihə işlərinin yerinə yetirilməsi, doktorluq dissertasiyasının müasir metodlarla tədqiqi) (07/1997 – 03/1999);
- Azərbaycan Dövlət Neft Akademiyası, AFR-in Siegen Universitetinin maşınqayırma fakültəsinin dosenti (müqavilə) (02/2004 – 06/2006);
- AzərTAC-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri (müqavilə) (09/2010-10/2011);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının üzvü (03/2011 – 03/2014);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının sədr müavini (03/2014 – 03/ 2016).
Əlavə məlumatlar
AFR– Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi, DAAD (Alman Akademik Mübadilə Xidmətinin) elmi qrantı, dəvət olunmuş professor (10/1995 – 01/1996), Aleksandr fon Humboldt Fondu (AvH Foundation). Birgə elmi lahiyələrdə iştirak üçün dəvət olunmuş professor 07/1997 – 03/1999, 2002, 2004);
AFR - Berlin, V.fon Humboldt-Universiteti, Alman Dili və Linqvistika İnstitutu DAAD və AvH Fondu, dəvət olunmuş professor (1995 – 1996, 1997 – 1999, 07/2002- 09/2002, 2006, 2008, 2010, 2011, 2012, 2014);
AFR – Potsdam Universiteti, Germanistika İnstitutu, DAAD, dəvət olunmuş professor (2003);
AFR – Münhen Universiteti, Fonetika və Dil Kommunikasiya İnstitutu, Digital səslərin tədqiqatı kafedrası, DAAD, dəvət olunmuş professor (2003);
AFR – Berlin Freie Universität, German və Niderland Filologiyası İnstitutu AvH Fondunun dəstəyi ilə işgüzar səfər (2003, 2018); Avstriya – Vyana Universiteti, İndogermanistika İnstitutu, dəvət olunmuş professor (2004);
Avstriya – Vyana, Avstriya Elmlər Akademiyası, Səslərin Tədqiqatı İnstitutu (2006);
AFR – Leypsiq Universiteti, Linqvistika İnstitutu, DAAD, dəvət olunmuş professor (2008);
AFR – Berlin Azad Universiteti, Türkologiya İnstitutu, DAAD, dəvət olunmuş professor (2008, 2011, 2019);
AFR – AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini apa¬ran elmi işçi qrupun rəhbəri (2012, 2013, 2015, 2017, 2019);
AFR– Köln Universiteti. Alman Dili və Ədəbiyyatı İnstitutu, DAAD, dəvət olunmuş professor (07/2015-09/2015).
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Varşava) (2007- 2010);
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Şanxay) (2011-2015) ;
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Palermo) (2016-2021).
- DAAD (Alman Akademik Mübadilə Xidməti): Berlin, Bonn, Potsdam, Leypsiq, Münhen, Köln (1995, 2003, 2008, 2011, 2015, 2019);
- AvH Foundation (Aleksandr fon Humboldt Fondunun) laureatı Bonn, Berlin (1997-1999, 2002, 2004, 2006, 2010, 2011, 2012, 2018);
- Avstriya Elmlər Akademiyası. Vyana Universiteti - dövlətlərarası müqavilə əsasında elmi qrantlar (2004, 2006);
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantının” qalibi, 2014 (Berlin);
- Cəmi 18 elmi, o cümlədən, 17 Avropa qrantının qalibi.
Ailəsi
Ailəlidir, iki övladı var.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Ədəbiyyat
- "Xarici Dillər kafedrasının elmlər doktorları/Zeynalova Səadət Məmməd qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 22 May 2018 – 14 Feb 2020 tarixində arxivləşdirilib..
- Məmmədov Ə., Xalıqov F. Зейналова (Рашидова) Саадат Мамед кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 560 – 562. — 1.000 nüsx.