Səadət Zeynalova
Səadət Zeynalova | |
---|---|
Zeynalova (Rəşidova) Səadət Məmməd qızı | |
Səadət Zeynalova. | |
Doğum tarixi | 16 iyun 1954 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | dil nəzəriyyəsi, german dilləri, türk dilləri |
İş yeri | AMEA A.Bakıxanov adına Tarix İnstitutu, beynəlxalq əlaqələr şöbəsi (şöbə müdiri) |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Təhsili |
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsi (1973–1978) Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu, aspirantura (german dilləri üzrə, (1979–1984) |
Səadət Zeynalova — filologiya üzrə elmlər doktoru, professor AMEA A.Bakıxanov adına Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Haqqında məlumatlar
16 iyun 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Təhsili
1973 – 1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun alman dili fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib.
1979 – 1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun aspiranturasında (german dilləri üzrə) təhsilini artırıb.
Elmi fəaliyyəti
1986-cı ildə İlya Çavçavadze adına Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib.
1996-cı ildə dosent elmi adını alıb.
2010-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.
2014-cü ildə professor elmi adını alıb.
1 doktorant və 1 dissertantın elmi rəhbəridir.
Azərbaycanda və digər ölkələrdə nəşr olunmuş 70-dən çox elmi əsərin, 1 monoqrafiya, 2 dərs vəsaitinin (alman dilində) və 5 dərs proqramın müəllifidir.
Alman dilində çap olunmuş 3 sənədlər toplusunun, 1 kataloqun tərtibçisi, həmmüəllifi və tərcüməçisidir. O cümlədən, Yaqub Mahmudovun iki kitabının alman dilinə tərcüməçisi və korrektorudur:
- «İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi», Çaşıoğlu, 2010, 620 səh. (alm. DAS KHANAT IREVAN: Russische Invasion und Umsiedlung der Armenier in die nordaserbaidschanischen Gebiete. Baku: Gesellschaftliche Vereinigung der aserbaidschanischen Historiker 2019, 592 S.).
- «Real tarix və “Böyük Ermənistan” uydurması», Azərbaycan tarıxçilərinin içtimai birliyi, 2014, 149 səh. (alm. DIE WAHRE GESCHICHTE und die Fiktion über "Großarmenien". Baku: Turkhan, 2020, 152 S. ) kitablarının alman dilinə tərcüməçisi və korrektorudur.
Əmək fəaliyyəti
2021-ci ildən AMEA A.Bakıxanov adına Tarix İnstitutunda beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Əvvəlki əsas iş yerləri
Azərbaycan SSR EA/AMEA Rəyasət Heyətinin nəzdindəki xarici dillər kafedrası, alman dili üzrə müəllim, baş müəllim, dosent (02/1987 – 09/2005);
AMEA Nəsimi adına Dilçilik İnstitutunun german və roman dilləri elm-tədris sektorunun tədris-tədqiqat şöbəsinin dosenti (09/2005 – 12/2008);
AMEA Rəyasət Heyəti nəzdindəki xarici dillər kafedrasının dosenti (01/2009 – 07/2012), professoru (07/2012 – 10.02.16);
AMEA Rəyasət Heyəti nəzdindəki xarici dillər kafedrasının professoru (07/2012 – 10.02.16);
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, humanitar və ictimai elmlər şöbəsində baş məsləhətçi (03/2016 – 08/2016);
Azərbaycan Respublikasının Prezidenti yanında AAK, humanitar və ictimai elmlər şöbəsinin müdir müavini, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (08/2016 – 03.07.2017);
Azərbaycan Respublikasının Prezidenti yanında AAK, informatika və analitik tədqiqatlar şöbəsinin müdir müavini, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisası (03/2017-01.11.2018);
- Qərb Universiteti, Xarici dillər kafedrası, dosent (əvəzç.) (09/1992 – 07/1993);
- Azərbaycan Dillər Universiteti, Alman dilinin fonetikası, qrammatikası və dil tarixi kafedrasının dosenti (0,5 ştat) (09/1994 – 07/1997); 09/2000 – 11/2009;
- AFR, Berlin, Aleksandr fon Humboldt Fondunun laureatı. V. fon Humboldt Universiteti, Alman Dili və Linqvistika İnstitutu; Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzində dəvət olunmuş professor (birgə layihə işlərinin yerinə yetirilməsi, doktorluq dissertasiyasının müasir metodlarla tədqiqi) (07/1997 – 03/1999);
- Azərbaycan Dövlət Neft Akademiyası, AFR-in Siegen Universitetinin maşınqayırma fakültəsinin dosenti (müqavilə) (02/2004 – 06/2006);
- AzərTAC-ın xarici dillərdə informasiya baş redaksiyasının alman dili bölməsinin müdiri (müqavilə) (09/2010-10/2011);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının üzvü (03/2011 – 03/2014);
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə ekspert şurasının sədr müavini (03/2014 – 03/ 2016).
- Naxçıvan Dövlət Universitetinin nəzdində “German dilləri” və “Azərbaycan dili” üzrə müdafiə şurasının üzvü (2020-ci ildən).
Əlavə məlumatlar
AFR– Berlin, Ümumi Dilçilik, Tipologiya və Universal Tədqiqatlar Mərkəzi, DAAD (Alman Akademik Mübadilə Xidmətinin) elmi qrantı, dəvət olunmuş professor (10/1995 – 01/1996), Aleksandr fon Humboldt Fondu (AvH Foundation). Birgə elmi lahiyələrdə iştirak üçün dəvət olunmuş professor 07/1997 – 03/1999, 2002, 2004);
AFR - Berlin, V.fon Humboldt-Universiteti, Alman Dili və Linqvistika İnstitutu DAAD və AvH Fondu, dəvət olunmuş professor (1995 – 1996, 1997 – 1999, 07/2002- 09/2002, 2006, 2008, 2010, 2011, 2012, 2014);
AFR – Potsdam Universiteti, Germanistika İnstitutu, DAAD, dəvət olunmuş professor (2003);
AFR – Münhen Universiteti, Fonetika və Dil Kommunikasiya İnstitutu, Digital səslərin tədqiqatı kafedrası, DAAD, dəvət olunmuş professor (2003);
AFR – Berlin Freie Universität, German və Niderland Filologiyası İnstitutu AvH Fondunun dəstəyi ilə işgüzar səfər (2003, 2018); Avstriya – Vyana Universiteti, İndogermanistika İnstitutu, dəvət olunmuş professor (2004);
Avstriya – Vyana, Avstriya Elmlər Akademiyası, Səslərin Tədqiqatı İnstitutu (2006);
AFR – Leypsiq Universiteti, Linqvistika İnstitutu, DAAD, dəvət olunmuş professor (2008);
AFR – Berlin Azad Universiteti, Türkologiya İnstitutu, DAAD, dəvət olunmuş professor (2008, 2011, 2019);
AFR – AFR-in Xarici İşlər Nazirliyinin Siyasi, Federal və Prussiya Mədəni İrsi Məxfi Dövlət arxivlərində AMEA Tarix İnstitutunun Dövlət Proqramı çərçivəsində tədqiqat işlərini aparan elmi işçi qrupun rəhbəri (2012, 2013, 2015, 2017, 2019);
AFR– Köln Universiteti. Alman Dili və Ədəbiyyatı İnstitutu, DAAD, dəvət olunmuş professor (07/2015-09/2015).
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Varşava) (2007- 2010);
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Şanxay) (2011-2015) ;
- İVG: Ümümdünya Germanistlər Birliyinin üzvü (Palermo) (2016-2021).
- DAAD (Alman Akademik Mübadilə Xidməti): Berlin, Bonn, Potsdam, Leypsiq, Münhen, Köln (1995, 2003, 2008, 2011, 2015, 2019);
- AvH Foundation (Aleksandr fon Humboldt Fondunun) laureatı Bonn, Berlin (1997-1999, 2002, 2004, 2006, 2010, 2011, 2012, 2018);
- Avstriya Elmlər Akademiyası. Vyana Universiteti - dövlətlərarası müqavilə əsasında elmi qrantlar (2004, 2006);
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun “3-cü Mobillik qrantının” qalibi, 2014 (Berlin);
- Cəmi 18 elmi, o cümlədən, 17 Avropa qrantının qalibi.
Ailəsi
Ailəlidir, iki övladı var.
Rəşidovların nəsil şəcərəsi
Rəşidovların nəsil şəcərəsi
Telli bəyim Cəfər ağa qızı Şəkixanova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mirzə Həmid bəy (polkovnik) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid bəy | Mürsəl bəy | Mələksima (Qönçə) | İsmayıl Rəşidov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həmid | Mirzə Həmid | Münəvvər Rəşidova (Qaragözova) | Məmməd İsmayıl oğlu Rəşidov | Əhməd Rəşidov | Fəridə Rəşidova | Səyyarə Rəşidova | Hüseyn Kazımov | Lətafət Rəşidova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rəna Rəşidova | Rəşad Rəşidov | Şəmsa Rəşidova | Namiq Rəşidov | Mübariz Rəşidov | Səadət Zeynalova | Afaq Rəşidova | Azər Rəşidov | Rəşidov İlkin | Tamella Məmmədova | Tofiq Kazımov | Elmira Rəcəbova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
Məmməd Rəşidov (1916–1988).
Əhməd Rəşidov (1918–1982).
Səyyarə Rəşidova (1923–1996).
Tofiq Kazımov (1947–2009).
Ədəbiyyat
- "Xarici Dillər kafedrasının elmlər doktorları/Zeynalova Səadət Məmməd qızı". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 22 May 2018 – 14 Feb 2020 tarixində arxivləşdirilib..
- Məmmədov Ə., Xalıqov F. Зейналова (Рашидова) Саадат Мамед кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 560 – 562. — 1.000 nüsx.