Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

AMEA Şəki Regional Elmi Mərkəzi

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:14, 13 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA ShREM.jpg

Növü elmi-tədqiqat mərkəzi
Yaranma tarixi 1972
Direktoru Yusif Şükürlü
https://shrem.az/

AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Şəkidə yerləşən regional elmi-tədqiqat müəssisəsi.

Tarixi

14 aprel 1972-ci il tarixdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası kimi yaradılıb.

1995-ci ildə Şəki Zona Elmi Bazasında geologiya, genofond, biokimya və biofizika qrupları fəaliyyət göstərmişdir.

6 aprel 1995-ci il tarixdə elmi bazaya “AMEA Şəki Regional Elmi Mərkəzi” adı (statusu) verilib; mərkəzdə yeni laboratoriyalar – sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıb, elmi baza dövründəki 5 qrup isə “laboratoriya” adlandırılıb və onlar laboratoriya kimi fəaliyyət göstərməyə başlayıb.

2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, laboratoriyalar şöbə adlandırılıb və adlarında isə bəzi dəyişikliklər edilib (yeni adları: 1. Landşaftşünaslıq; 2. Ekoloji coğrafiya; 3. Bitkilərin biokimyası; 4. Molekulyar biofizika; 5. Tut ipəkqurdunun seleksiyası; 6. Bitkilərin genofondu və biomüxtəliflik; 7. Folklorşünaslıq və el sənətləri; 8. Tarixi irs və etnoqrafiya şöbələri).

Direktorları

  1. Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru (1972 – 2014);
  2. Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (2014-cu ildən).

Ədəbiyyat

  1. "Şəki Regional Elmi Mərkəzi". ttp://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. June 3, 2021 tarixində arxivləşdirilib.