Ənvər Zülfüqarov
Ənvər Zülfüqarov | |
---|---|
Zülfüqarov (Zülfüqarzadə) Ənvər Məmməd oğlu (rus.: Зульфугаров (Зульфугарзаде) Энвер Мамедович/Мамед оглы) | |
Ənvər Zülfüqarov. | |
Doğum tarixi | 4 iyun 1910 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 13 yanvar 1995 (84 yaşında) |
Vəfat yeri | Bakı |
Uşaqları | Kamal Zülfüqarzadə və Eldar Zülfüqarzadə |
Atası | Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov |
Anası | Qonçə Əmircanova |
Təhsili | Leninqrad Aviasiya İnstitutu (–1930) |
Hərbi fəaliyyəti | |
Rütbə | general-mayor |
Təltifləri |
Ənvər Zülfüqarov (1910–1995) — sovet gömrük general-mayoru; sovet dövründə uzun illər Bakı Gömrük Xidmətində işləmişdir. Azərbaycan SSR əməkdar iqtisadçısı.
Haqqında məlumatlar
4 iyun 1910-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1920-ci illərdə atası Məmməd Zülfüqarov Fövqəladə Komitə üzvləri tərəfindən güllələnmiş, bundan sonra anası onu bacısı və qardaşı ilə birlikdə Bakıya aparmışdır.
Təhsili
1930-cu ildə Leninqrad Aviasiya İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1943-cü ildə Sovet Ordusunun kapitanı rütbəsini daşıyırdı və Tehranda (İran) Sovet-ABŞ əlaqə qrupunun üzvü idi. Elə həmin ildə əvvəl Azərbaycan SSR Kartoçka Bürosunun rəis müavini, sonra isə rəisi olub.
1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində SSRİ-nin İsveçrə və Avstriyadakı ticarət nümayəndəliklərində, o cümlədən, 1953-cü ildə Vyananın (Avstriya) sovet işğal zonasında 2-ci kimyəvi konsernin baş direktoru vəzifəsində çalışmışdır.
1954 – 1987-ci illərdə Bakı Gömrük xidmətində işləyib; o cümlədən, general-mayor rütbəsi daşıyırdı və 1980-cı ildən III dərəcəli gömrük xidməti müşaviri idi.
Təltif və mükafatları
- SSRİ-nin 6 ordenin və bir neçə medalı.
- “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı.
Vəfatı
13 yanvar 1995-ci il tarixdə – 84 yaşında, Bakıda vəfat edib.
Ailəsi
- Atası: Məmməd Zülfüqarmehdi oğlu Zülfüqarov.
- Anası: Qonçə Əmircanova (bax: Əmircanovlar).
- Əmisi: Hacı Zülqədər Zülfüqarov – Məmməd Zülfüqarovun böyük qardaşı, tacir olub[1].
- Qardaşları:
- Əhməd Məmməd oğlu Zülfüqarov, peşəkar iqtisadçı, Böyük Vətən müharibəsi iştirak etmiş, sonra Azərbaycan SSR Dövlət Qiymət və Qiymətləndirmə Komitəsinin sədri vəzifəsində çalışmışdır;
- Əli Məmməd oğlu Zülfüqarov, peşəkar memar, Böyük Vətən müharibəsində həlak olub.
- Bacısı: Tofa Məmməd qızı Əliyeva (Zülfüqarova).
- Ənvər Zülfüqarzadənin evladları: Kamal Zülfüqarzadə və Eldar Zülfüqarzadə.
İstinadlar
- ↑ Məmməd Zülfüqarovun 1897-ci ildə Şəkidə tikdirdiyi fərdi evdə 1930-cu ildən qarışıq tipli uşaq evi fəaliyyət göstərib (bax: Ильхам Алиев принял участие в открытии нового здания, построенного Фондом Гейдара Алиева в городе Шеки для детского дома смешанного типа (rus.). https://ru.president.az/. Официальный сайт Президента Азербайджанской Республики. Arxivləşdirilib (10 iyul 2021).).
Həmçinin, bax:
Əmircanovların nəsil şəcərəsi
Abdulla bəy Əmircan bəy oğlu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mustafa ağa Şəkixanov | Əliəşrəf bəy | Əliəkbər bəy | Süleyman bəy | Dostuxanım | Əliəsgər bəy | Qafar bəy | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bala bəy Əlibəyov | Fatma xanım | Şirəli bəy | Lütfəli bəy | Firuzə | Cavad bəy | Nazəli | Vahid bəy | Nəsrulla bəy | Rüstəm bəy | Sitarə | Möhsün bəy | Yusif | Abdulla | Musa | Əzizə | Hacı bəy | Abbas bəy | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Səltənət xanım | Əbdüləli bəy | Lütfəli bəy | Haşım bəy | Bilqeyis xanım | Dilaram xanım | Xanım xanım | Əliyə | Dostan | Rübabə | Pərviz | Xosrov | Allahyar Əmircanov | Hüsniyyə Ağahüseynova | Səkinə | Əliyar Əmircanov | Yaqub Ağahüseynov | Hökumə Əmircanova | Zivər Dadanova | Cavahir İbrahimova | İsmət Əmircanova | Şövkət Əmircanova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Rüstəm | Belma | Fuad | Məhəmməd | Valiyə | Ziyad Ebüzziya | Məryəm | Emil Qurr | Rəşid | Murad | Zemfira | Fərid | Tofiq Ağahüseynov | Rəhim Ağahüseynov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tülin | Talha | Alev Ebuzziya-Siesbye | Sevil Axundova | Elmira Ağahüseynova | Leyla Ağahüseynova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər
-
1860–cı ildə tərtib olunmuş Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı, Əmircanovların adları olan hissə.
-
Hacı bəy Əmircanov (?–?).
-
Əbdüləli bəy Əmircanov (1874–1948).
-
Haşım bəy Əmircanov (1879–1918)
-
Səltənət xanım (1884–1974).
-
Əliyar Əmircanov (1897–+1945).
-
Fuad Əmircan (1910–1995).
-
Mehmet (Məhəmməd) Əmircan (1912–1979).
-
Alevin uşaqlıq şəkli, qardaşı Talha, atası və anası.
-
Əmircanovların ailəvi qəbiri, – Fəriköy məzarlığı, İstanbul, Türfkiyə.
-
Tofiq Ağahüseynov (1923–2021).
-
Fərid Əliyar oğlu Əmircanov (1935–1986).
-
Elmira Tofiq qızı Ağahüseynova (solda) və Leyla Rəhim qızı Ağahüseynova. Şəkli Ə.Tahirzadə çəkib, 29 may 2014-cü il.
-
Sevil Murad qızı Axundova.
Nəsil şəcərəsinnin mənbələri
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əbdüləli bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 455–463. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Əliyar bəy Hacı bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 464-472. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 18 may 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Haşım bəy Şirəli bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 473–476. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 aprel 2021.
- Mərdanov M., Tahirzadə Ə. ƏMİRCANOV Möhsün bəy Süleyman bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (Ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II cild. — Səh.: 477–482. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 aprel 2021.
- Əhməd D. Əmircan ailəsi – İstiqlal uğrunda bir əsr (azərb.) // Teleqraf.com : sayt. — 22 Aprel 2019. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Feb 2020 - 12 Apr 2021.
- Alev Ebüzziya Siesbye : [arx. 18 Sep 2013 - 8 Jan 2022] : [tur.] // [istanbulkadinmuzesi.org İstanbul Kadın Müzes]. — 2016. — 13 Şubat. — Müraciət tarixi: 17.01.2022.
- Исмаилов Э.Э. Азербайджанцы в конвое российских императоров. — Библиотека «Старого Цейхгауза». — Москва: Фонд «Русские Витязи», 2018. — Səh.: 223 – 224.
- Samet Ağaoğlu ile bir çocukluk arkadaşını ziyaret (türk.). https://mahmuttolon.wordpress.com/. Mahmut Tolon. Arxivləşdirilib (1 iyul 2021).
- Məzarı tapılmayan azərbaycanlı azadlıq fədailəri və repressiya qurbanları // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 17.01.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1910-cu ildə doğulanlar
- 4 iyunda doğulanlar
- İyunda doğulanlar
- 13 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar iqtisadçıları
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə