Nail Məmmədov
Nail Məmmədov | |
---|---|
Məmmədov Nail Həmzət oğlu | |
Nail Məmmədov | |
Nail Məmmədov, 2019-cu il. | |
Anadan olub | 26 avqust 1983 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Nail Məmmədov — Şəki bələdiyyəsinin vergilərin yığımı şöbəsinin vergi müfəttişi. Şəkinin görkəmli ziyalılarından biri olmuş Baxşəli Axundovun nəticəsidir.
Haqqında məlumatlar
26 avqust 1983-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili
Şəki şəhər 18 saylı ərəb-fars təmayüllü orta məktəbini bitirib.
1999-cu ildə gömrükxana işi ixtisası üzrə Şəki Texnologiya Texnikumuna daxil olub.
Hərbi xidmətdə
2001-2003-cü illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
Şəki Mərkəzi Rayon Xəstəxanasında kassir və mühasib vəzifələrində işlədikdən sonra,
2015-ci ildən Şəki Bələdiyyəsinin vergilərin yığımı şöbəsində vergi müfəttişi vəzifəsində əmək fəaliyyətini davam etdirir.
İctimai-siyasi fəaliyyəti
2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, seçkidə iştirak etmiş, lakin seçilməmişdir.
Ədəbiyyat
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |