Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aqil Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (27069 dəyişikliyi Aydinsalis (Müzakirə) tərəfindən geri qaytarıldı.) tərəfindən edilmiş 13:45, 1 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aqil Əfəndiyev
Əfəndiyev Aqil Nəsrullah oğlu
Aqil Əfəndiyev.JPG
Aqil Əfəndiyev, 1990-cı il
bayraqAzərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavinibayraq
1974 — 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1929(1929-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Təltifləri "Şərəf Nişanı" ordeni
"Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı

Aqil Əfəndiyev — dövlət qulluqçusu, Azərbaycan SSR əməkdar iqtisadçısı; 1974 – 1991-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində çalışıb. 1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Haqqında məlumatlar

1929-cu ildə Nuxada anadan olub.

Təhsili

1946-cı ildə orta məktəbi qızıl medalla bitirib.

1946-cıildə Moskva Toxuculuq institutuna daxil olub.

1954-cü ildə SSRİ Mühəndis və Rəhbər İşçilərin Təkmilləşdirilməsi İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyəti

1951 – 1956-cı illərdə V.İ.Lenin adına Nuxa İpək kombinatında işləyib.

1956-cı ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində işə keçirilmiş, əvvəl baş mühəndis, sonra şöbə rəisi vəzifələrində çalışıb.

1961 – 1963-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetində referent,

1963 – 1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisi,

1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Nazirlər Sovetində şöbə rəisi,

1974 – 1991-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsində işləyib.

1995-ci ildə dövlət qulluqçusu kimi təqaüdə çıxıb.

Təltif və mükafatları

Digər

1963-cü ildən Sov.İKP-nın üzvü olub.

“Ayna – Zerkalo” qəzetinin müxbiri kimi də fəaliyyət göstərib.

1990-cı ildə 129 nömrəli Şəki şəhər birinci seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, lakin seçilməmişdir.

Ədəbiyyat

  1. Sabir KƏRİMOV (namizədin vəkili) XALQ NAMİZƏDİ/Aqil Nəsrulah oğlu ƏFƏNDİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 20 noyabr 1990. — № 31 – 32 (1965 – 1966). — Səh. 3.
  2. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Aqil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 84-85. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  3. Mete Ə. Deyiblər ki... // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 297 – 299. — 500 nüsx.