Məmməd Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmməd Rəşidov
Rəşidov Məmməd İsmayıl oğlu
Məmməd Rəşidov
Məmməd Rəşidov
Doğum tarixi 27 yanvar 1916(1916-01-27)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 dekabr 1988 (72 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
İş yeri Azərbaycan Pedaqoji İnstitutu
Elmi adı dosent
Təhsili
  • Nuxa pedaqoji fəhlə fakültəsi (1932 –?);
  • Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (? – 1937);
  • İctimai Elmlər Akademiyası (Moskva) (1947 – ?)
Mükafatları II dərəcəli "Vətən Müharibəsi" ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni"İgidliyə görə" medalı"Əmək veteranı" medalı

Məmməd Rəşidov (Rəşidov Məmməd İsmayıl oğlu; d.  27 yanvar 1916-cı il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö.  29 dekabr 1988-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, bir sıra elmi və elmi-tənqidi məqalələrin, o cümlədən, 1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” adlı monoqrafiyanın müəllifidir. Azərbaycan Pedaqoji İnstitutunun Elmi kommunizm kafedrasında dosent və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

1916-cı ildə Nuxada anadan olub.

1932-ci ildə orta məktəbi bitirib və Nuxa pedaqoji fəhlə fakültəsində təhsil almağa başlayıb.

Nuxa pedaqoji fəhlə fakültəsini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində davam etdirib.

1937 – 1939-cu illərdə Nuxa Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində işləyib.

1939 – 1940-cı illərdə hərbi xidmətdə olub.

1943 – 1945-ci illərdə Böyük Vətən müharibəsində zabit kimi iştirak edib, bir sıra orden medallarla təltif olunub.

1945 – 1946-cı illərdə Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

1946 – 1949-cu illərdə Bakıda aspiranturda təhsil alsa da, 1949-cu ildə Moskvada aspirant təhsili verən daha nüfuzlu təhsil müəssisəsinə qəbul olunduğuna görə Bakıdakı aspirant təhsilini yarımçıq buraxıb.

1949 – 1952-ci illərdə Moskvada – Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.

1952-ci ildə Nuxaya qayıdıb.

1957-ci ildən Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsində işləməyə başlayıb; 1973-cü ildən ömrünün sonuna qədər – 1988-ci ilə qədər isə Elmi kommunizm kafedrasında dosent vəzifəsində çalışıb, o cümlədən, 1967 – 1974-cü illərdə bu kafedranın ilk partiya təşkilatının sədri olub.

Elmi fəaliyyəti

1981-ci ildə çap olunmuş “M.Qorki və bədii yaradıcılıq məsələləri” monoqrafiyasının, müxtəlif illərdə “İnqilab və mədəniyyət”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan”, “Rus dili qeyri rus dilli məktəblərdə”, “Ədəbiyyat və incəsənət” və s. jurnal və qəzetlərdə dərc olunmuş elmi, elmi-tənqidi və metodik məqalələrin müəllifidir. N.Poqodinin “Kreml saatı” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edib.

Mükafatları

  • “Vətən Müharibəsi” ordeni, II dərəcəli (SSRİ);
  • “Vətən Müharibəsi” ordeni, I dərəcəli (SSRİ);
  • “İgidliyə görə" medalı” (SSRİ);
  • “Azərbaycan maarif əlaçısı” döş nişanı;
  • “Əmək veteranı” medalı.

Ailəsi

Həyat yoldaşı: Münəvvər Rəşidova (Qaragözova) Mürsəl bəy qızı (1921 – 2002).

Evladları:

  • Rəna Rəşidova (1939 – 2019);
  • Rəşad Rəşidov (14 avqist 1946) – 1960-cı ildə Bakı Energetika texnikumuna daxil olub. Hərbi xidmət borcunu yerinə yetirdikdən sobra 1969 – 1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda təhsil alıb. 1979 – 1981-ci illərdə Şəkidə peşə məktəbinin müdiri olub. 1981 – 1985-ci illərdə Şəki Xalq Nəzarəti şöbəsində inspektor işləyib. 1991-ci ildən Şəki şəhərindəki 91 səyli peşə məktəbininin direktoru vəzifəsində işləməyə başlayıb. 2020-ci il üçün Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşıdır.
  • Şəmsa Rəşidova
  • Namiq Rəşidov
  • Mübariz Rəşidov (1951), elmlər namizədidir və Hərbi Akadenmiyanın proffessordur.
  • Səadət Zeynalova
  • Afaq Rəşidova
  • Azər Rəşidov

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər

Mənbə

  • Ələşrəf Məmmədov, Fikrət Xalıqov. Şəki (alim və ziyalılar), Bakı 2002. Səh. 464-465.

Şablon:Yaxşı məqalə