Aytən Rüstəmova
Aytən Rüstəmova | |
---|---|
Rüstəmova Aytən Nadir qızı | |
Aytən Rüstəmova | |
Anadan olub | 15 oktyabr 1976 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Teymur Rüstəmov |
Atası | Nadir Şakir oğlu Qiyasov, geofizik |
Anası | Güllər Məmmədiyyə qızı Qiyasova |
Aytən Rüstəmova — Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rüstəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.
Haqqında məlumatlar
15 oktyabr 1976-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq,
1986 – 1990-cı illərdə orta təhsilini əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində rus dilində,
1990-cı ildə ailəsi Azərbaycana geri dönməsindən sonra isə yenidən Bakıda, amma rus dilində davam etdirib.
1993 – 1997-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində bakalavr pilləsi üzrə,
1997 – 1999-cu illərdə isə “Xəzər” Universitetində magistr pilləsi üzrə təhsili alıb.
2003 – 2007-ci illərdə “Xəzər” Universitetində biznesin idarəolunması ixtisası üzrə ikinci ali təhsil alıb.
Əmək fəaliyyəti
2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı bürosuna işə götürülüb.
2017-ci ilin aprel ayından isə Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosuna rəhbər göndərilib.
Bloger və tərcüməçi fəaliyyəti
2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.
Ailəsi
Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.
Ədəbiyyat
- Интервью с блогером Айтан Гияс-Рустамовой (24.04.2013) – studenti.az;
- “Sheki, Azerbaijan”;
- “Aytenqiyasru”.
- EBRD appoints Ayten Rustamova as new Head of Tajikistan (https://www.ebrd.com).
- Məşhur Paulo Koelonun “Əlkimyagər” romanı azərbaycan dilinə tərcümə edilmişdir (AZƏRTAC - 11.10.2006).
- Lider TV programme. Ayten Qiyas-Rustamova. 01.04.2008 (youtube.com)
- Айтен Гияс-Рустамова. «35 - это когда...» (1news.az − 22 Октября, 2011) .
- Айтен Гияс-Рустамова. Первая неделя школы уже за плечами… (1news.az − 26 Сентября, 2012).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |