Sakit İsmayılov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 00:11, 25 dekabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Sakit İsmayılov
İsmayılov Sakit İsmayıl oğlu
Sakit İsmayılov
Sakit İsmayılov
Doğum tarixi 7 yanvar 1985(1985-01-07)
Doğum yeri Beşevlər (indiki Aran) kəndi, Şəki rayonu, Azərbaycan, SSRİ
Vəfat tarixi 13 oktyabr 2020 (35 yaşında)
Vəfat yeri Ağdərə rayonu, Azərbaycan
Dəfn yeri Dovşan düzü qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Xəyal və Mələk
Anası Güldərən
Həyat yoldaşı Gülmira İsmayılova
Hərbi fəaliyyəti
Qoşun növü Quru Qoşunları
Xidmət illəri 2003–2004; 2010–2020
Rütbə kiçik çavuş
Təltifləri "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı — 2013"Qüsursuz xidmətə görə" III dərəcəli medalı — 2019"Vətən uğrunda" medalı — 2020"İgidliyə görə" medalı — 2021"Suqovuşanın azad olunmasına görə" medalı — 2021

Sakit İsmayılov (–) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi.

Haqqında məlumatlar

7 yanvar 1985-ci il tarixdə Şəki rayonunun Beşevlər (indiki Aran) kəndində anadan olub.

Təhsili

1991 – 1999-cu illərdə Aran kənd orta məktəbində,

1999 – 2002-ci illərdə isə Şəki Peşə Kollecində təhsil alıb.

Hərbi xidmətdə

2003-cü ildə həqiqi hərbi xidmətə çağırılıb və 2004-cü ilin iyul ayında xidmətini başa vurub.

2010-cu ilin yanvar ayının 21-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində MAHHXHQ hazırlıq kursuna manqa komandiri ixtisası üzrə daxil olub. Həmin kursu aprel ayının 10-da bitirib və «N» saylı hərbi hissə komandirinin sərəncamına göndərilib. Həmin hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edib.

2020-ci ilədək müxtəlif hərbi hissələrdə manqa komandiri vəzifəsində xidmətini davam etdirib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb.

Vəfatı

13 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

23 oktyabr 2020-ci il tarixdə Şəkidəki Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində təntənəli şəkildə dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Anası Güldərən 2004-cü ildə vəfat edib.

Ailədə iki qardaş bir bacı olublar.

Ədəbiyyat

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : XƏYAL İsrafil oğlu Əsgərzadə : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
  3. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 18 Nov 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 21.12.2021.