Mustafa Quliyev
Mustafa Quliyev | |
---|---|
Quliyev Mustafa Zəkəriyyə oğlu | |
Mustafa Quliyev | |
Doğum tarixi | (18) 30 yanvar 1893 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 3 iyul 1938 (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR SSRİ |
Vətəndaşlığı | SSRİ |
Atası | Zəkəriyyə Mustafa xəlfə oğlu |
Anası | Fatma Hacı Əbdürrəhman qızı Nəbiyeva |
Həyat yoldaşları | Yelizaveta İvanovna və Mariya Vladimirovna |
Uşaqları |
• (Yelizaveta İvanovnadan:) Saləddin, Səltənət, Boris • (Mariya Vladimirovnadan) Səltənət Quluyeva |
Təhsili |
• Kiyev Müqəddəs Vladimir Universiteti (1913–1918) • Qırmızı Professorluq İnstitutu (1930–1933) |
Mustafa Quliyev (1893–1938) — Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk günlərindən məsul vəzifələr tutmuş partiya, dövlət və maarif xadimi. Bir müddət Azərbaycan SSR-in xalq maarif komissarı vəzifəsində çalışmışdır. Öz dövründə ədəbiyyat tənqidçisi, teatrşünas və sənət nəzəriyyəçisi kimi də tanırdı. 1937-ci ildə Stalin repressiyasının qurbanı olub və güllələnib. 1957-ci ildə isə ona bəraət verilmişdir.
Haqqında məlumatlar
30 yanvar 1893-cü il tarixdə Nuxada (indiki Şəki), xırda alverçi ailəsində anadan olub.
Təhsili
1907 – 1913-cü illərdə İmperator I Aleksandr gimnaziyasında (Tiflis),
1913 – 1918-ci illərdə Kiyev Müqəddəs Vladimir Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində,
1930 – 1933-cü illərdə isə Qırmızı Professorluq İnstitutunda (Moskva) təhsil alıb.
İctimai-siyasi aktivliyi
1918-ci ilin yanvarında Kiyevdə bolşeviklər partiyasına üzv olub. Az sonra isə Rusiya K(b)P Kiyev Komitəsinin tatar (müsəlman) bölməsinin sədri seçilib və bu vəzifədə 1919-cu ilədək fəaliyyət göstərib.
1919-cu ildən siyasi fəaliyyətini əvvəl Bakıda, sonra isə Lənkəranda davam etdirib.
Əmək fəaliyyəti
1920 – 1921-ci illərdə Lənkəran qəza inqilab komitəsinin sədri,
1921 – 1922-ci illərdə Azərbaycan K(b)P Qaraşəhər rayon komitəsinin katibi,
1922 – 1929-cu illərdə qısa fasilə ilə Azərbaycan SSR xalq maarifi komissarı (həmin dövrdə maarif komissarlığı təhsil məsələləri ilə yanaşı, həm də mədəniyyət, mətbuat, ədəbiyyat məsələləri ilə də məşğul olurdu),
1927 – 1928-ci illərdə Azərbaycan K(b)P Bakı Şəhər Komitəsində təşviqat və təbliğat şöbəsinin müdiri,
1934-cü ildə Turbatda (Qazaxıstan MSSR) Maşın-Traktor Stansiyasının (MTS) siyasi şöbəsinin rəisi,
1935 – 1937-ci illərdə ÜK(b)P Çimkənd (Qazaxıstan MSSR/SSR) şəhər komitəsinin birinci katibi,
1937-ci ildə Ukrayna K(b)P Odessa Vilayət Komitəsində məktəb və elm şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Həbsi və güllələnməsi
30 avqust 1937-ci il tarixdə – Odessada işləyərkən, Azərbaycanla bağlı əks-inqilabi millətçi qruplaşmanın rəhbəri olması ittihamı ilə həbs edilmiş, Azərbaycana gətirilmiş və Azərbaycan SSR CM-nin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 3 iyul 1938-ci il tarixdə güllələnmişdir.
Bəraət alması
19 avqust 1955-ci il tarixdə qızı Səltənət Quluyeva xüsusi işlər üzrə SSRİ hərbi prokurorun müavini Çesnokova ərizə ilə müraciət edərək atasına bəraət verilməsini xahiş etmişdir.
19 mart 1957-cı il tarixdə Mustafa Quliyevə bəraət verilib.
Digər
1922-ci ildə Rusiya K(b)P-nın XI qurultayında iştirak etmiş, Zaqafqaziya partiya təşkilatının bir qrup nümayəndəsi ilə birlikdə V.İ.Leninin qəbulunda olmuşdur.
Müxtəlif illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MKya, Azərbaycan K(b)P Bakı Komitəsinə üzv seçilib.
1923 – 1926-cı illərdə “Maarif və mədəniyyət” jurnalının,
1929 – 1932-ci illərdə isə “İnqilab və mədəniyyət” jurnalının (“Maarif və mədəniyyət” jurnalının xələfi) məsul redaktoru olub.
Klassik və müasir Azərbaycan ədəbiyyatına dair məqalələri, “Oktyabr və türk ədəbiyyatı” (1930) kitabı mədəni irsə münasibətdə, sovet ədəbiyyatının nəzəri məsələlərində vulqar sosiologizm meyllərinə baxmayaraq, Azərbaycan sovet ədəbi tənqid və ədəbiyyatşünaslığının ilk nümunələri kimi qiymətlidir. Bunlar Azərbaycanda marksist estetika və ədəbi tənqidin yaranmasında və inkişafında faydalı olmuşdur.
Ədəbiyyat
- QLUYEV Mustafa Zəkəriyyə oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1979. — III cild. — Səhifələrin sayı: 628. — Səh.: 268. — 80.000 nüsx.
- Azərbaycan Yazıçılar Birliyi. "Mustafa Quliyev". http://www.azyb.az/ (azərb.). www.azyb.az. 8 Nov 2016 – 16 Sep 2019 tarixində arxivləşdirilib.
- "Открытый список". "Кулиев Мустафа Закарья оглы (1893)". ru.openlist.wiki (русский). ru.openlist.wiki. 8 Apr 2019 - 8 Apr 2019 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Quliyev Mustafa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 340-341. — 1.000 nüsx.
- Mərdanov M.C., Tahirzadə Ə.Ş. QULUYEV Mustafa Zəkəriyyə oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III cild. — Səh.: 486-493. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Apr 2021 - 28 Aug 2021.
- Orsər R. Mustafa Quliyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 174-176. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış teatr xadimləri
- 1893-cü ildə doğulanlar
- 30 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 3 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə