Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2022

Şəki Ensiklopediyası səhifəsi
< Şəki Ensiklopediyası:Xəbərlər arxivi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni '<center>150px|''Şəki Ensiklopediyasının kiçik loqosu ''150px|''Şəki Ensiklopediyasının kiçik loqosu '' Fayl:Logo0004....' ilə yarat) tərəfindən edilmiş 23:06, 16 aprel 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosuŞəki Ensiklopediyasının kiçik loqosu Şəki Ensiklopediyasının kiçik loqosu
2022-ci il (2)
Teymur Rüstəmov0.jpg
  • 16 aprel 2022-ci il tarixdə Qırğızıstan İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb. Sərgi mayın 2-nədək davam edəcək.

Süleyman Süleymanlı2.jpg
  • 10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvan şəhərində keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament - beynəlxalq usta normativi) şahmat turnirində Şəki Şahmat Məktəbinin yetirməsi, FİDE Ustalığa namizədi Süleyman Süleymanlı 9 oyundan 7-xal toplayaraq turnirin qalibi olub. Bununla yanaşı Süleymanlı Süleymanlı FM (FİDE Ustası) adını əldə edib.

Elvin Məmmədov.jpg
  • 8 aprel 2022-ci il tarixdə “Lipetsksement” Səhmdar Cəmiyyətinin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Şəki rayonunun Baş Küngüt kənd qəbiristanlığında dəfn edilib. O, 3 aprel 2022-ci il tarixdə Moskvada Lipetskiyə qayıtmaq üçün dəmir yol vağzalında qatar gözləyərkən qəflətən ürək tutmasından 36 yaşında vəfat etmişdir.

Kamil Adışirinov2.jpg
  • 30 mart 2022-ci il tarixdə filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.

Gulnaz Salamova.jpg
2022-ci il (1)
Albert Mustafayev 2019b.jpg
  • 4 mart 2022-ci il tarixdə tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Albert Mustafayev 91 yaşında Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.

Tərlan Nəsibov2.jpg
  • 27 yanvar 2022-ci il tarixdə Tərlan Nəsibov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təsdiqlənib.

Ləman Cəlilova.jpg
  • 24 yanvar 2022-ci il tarixdə Ləman Cəlilova dünyanın ən presektivli texniki təhsil müəssisələrindən birinə — Massaçusets Texnologiya İnstitutuna (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ), tam təqaüdlə qəbul olunması ilə bağlı e-bildiriş alıb.

İslam Hacaliyev2.jpg
  • 3 – 9 yanvar 2022-ci il tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində Şəki Şəhər Şahmat Məktəbinin nümayəndəsi İslam Hacəliyev U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.

Rəna Abbasova.jpg
  • 1 yanvar 2022-ci il tarixdən etibarən Rəna Abbasova Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. O, 2016–2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri olmuşdur.